Yaponiyanın dövlət borcu 9,5 trilyon dolları ötüb
Ölkənin hər sakininə təxminən 76 min dollar dövlət borcu düşürYaponiyanın ümumi dövlət borcu 2021-ci maliyyə ilinin sonunda (31 mart 2022-ci il) ölkə tarixində ən böyük məbləğə - 1 241,3 trilyon yenə (cari məzənnə ilə 9,5 trilyon dollardan çox) çatıb.
Marja-nın məlumatına görə, Çərşənbə günü "Yomiuri" qəzeti Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət borcu, altı ildir ki, artmaqdadır.
Yaponiyanın dövlət borcu dövlət istiqrazlarının, qısamüddətli dövlət qiymətli kağızlarının və müvəqqəti borcların ümumi məbləğindən ibarətdir. Onlar xüsusilə son illərdə pandemiya ilə əlaqədar əlavə tibbi və sosial xərclər səbəbindən artıb.
Nəticədə, hazırda Yaponiyanın hər bir sakininin təxminən 9,9 milyon yen (təxminən 76 min dollar) dövlət borcu var.
Dövlət borcu artıq ölkənin ümumi daxili məhsulunun həcmindən 2,6 dəfə çoxdur.
Yaponiya hökuməti 2026-cı maliyyə ilində dövlət büdcəsinin kəsirini vergi daxilolmalarını artırmaqla, illik 2%-lik iqtisadi artım tempini saxlamaq əsasında aradan qaldıracağını vəd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
18 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®

























