ABŞ Energetika Nazirliyi neftin qiymətilə bağlı proqnozunu cüzi azaldıb
ABŞ Energetika Departamenti Brent markalı neftin 2022-ci il üçün qiymət proqnozunu bir barel üçün 103,35 dollara endirib. Agentlik ölkədə gündəlik neft hasilatı proqnozunu da 100 min barel azaldıb.ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, ABŞ Energetika Nazirliyi 2022-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu cüzi azaldıb - bir barel üçün 103,37 dollardan 103,35 dollara endirib.
Mara xəbər verir ki, Agentlik Brent markalı neftin qiymətinin 2022-ci ilin ikinci rübündə orta hesabla 107 dollar/barelə, ilin ikinci yarısında isə 103 dollar/barelə düşəcəyini gözləyir.
“Biz 2023-cü ildə “Brent”in orta qiymətinin 97 dollar/barelə düşəcəyini gözləyirik”, - deyə hesabatda bildirilir.
WTI markalı xam neftin qiyməti 2022-ci ildə 98,2 dollar/barel, 2023-cü ildə isə 93,2 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Bununla yanaşı, departament bu qiymət proqnozunun “yüksək qeyri-müəyyən” olduğunu vurğulayır.
"Neft qiymətləri Rusiyaya qarşı sanksiyaların onun hasilat səviyyəsinə və Rusiya neftinin dünya bazarına tədarük həcminə necə təsir edəcəyindən asılıdır", ABŞ Energetika Nazirliyi izah edir.
Bununla yanaşı, departament vurğulayır ki, hazırkı proqnoz Avropa İttifaqı ölkələrinin Rusiyadan neft tədarükünə embarqo tətbiq etməmişdən əvvəl verilib. “Bununla belə, embarqo çox güman ki, bizim proqnozlaşdırdığımızdan daha qıt neft bazarına və daha yüksək qiymətlərə gətirib çıxaracaq”, - ABŞ Energetika Nazirliyinin ekspertləri etiraf edirlər.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 100 min barel azaldaraq, sutkada 11,91 milyon barrelə endirib. 2023-cü ildə gözlənilən hasilat həcmi də 100 min barel azaldılaraq günlük 12,85 milyon barelə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
-
19 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Ən çox oxunanlar
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®



























