Sony PlayStation 5 satışının azaldığını açıqlayıb
Sony-nin PS 5 satışına çip zərbəsi!Sony, 2021-ci ilin son rübündə 2 milyon ədəd PlayStation 5 satdığını və il ərzində 19,3 milyon satışa nail olduğunu açıqlayıb.
Marja xəbər verir ki, Şirkət, əvvəlki ilin eyni rübündə 3,3 milyon PS 5 satışına çatmışdı. Şirkət satışların azalmasını müştəri tələbi ilə deyil, davam edən çip çatışmazlığı səbəbindən kifayət qədər istehsal edə bilməməsi ilə əlaqələndirib.
İl ərzində 70,5 milyon PS 4 və PS 5 sataraq, şirkət əvvəlki ildə 61,4 milyon ədədi ötməyi bacarıb.
Ümumilikdə, Oyun və Şəbəkə Xidmətləri Bölməsi bu rübdə 5,1 milyard dollar gəlir əldə edib.
Sony gələcəklə bağlı proqnozlarında optimistdir
Şirkət növbəti rüb üçün satışdan əldə etdiyi gəlirin 34 faiz artaraq 7,13 milyard dollar olacağını təxmin edir ki, bu da ehtiyat hissələrinin alınmasının yaxşılaşacağının gözlənilməsi və üçüncü tərəf oyunlarının daha çox satışı ilə əlaqədardır.
Sony iyun ayında PlayStation Plus Extra və Premium təqdim edəcək.
Xalis mənfəəti azalıb
Sony Qrupunun 2021-ci maliyyə ilinin xalis mənfəəti əvvəlki maliyyə ili ilə müqayisədə 14,3 faiz azalaraq 882,1 milyard yenə (6,76 milyard dollar) düşüb.
Əməliyyat mənfəəti 25,9 faiz artaraq 1,2 trilyon yenə (9,16 milyard dollar) çatıb. Şirkətin cəmi satışları 10,3 faiz artaraq 9,92 trilyon yen (76 milyard dollar) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 39 d. əvvəl
-
-
42 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
58 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























