ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsindən aşağı düşüb
ABŞ-da aprel ayı üzrə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) açıqlanıb. Məlumatlar ABŞ-da inflyasiyanın proqnozlardan yüksək olduğunu göstərib. Aprel ayında ölkədə illik inflyasiya 8,3% olub. Proqnoz 8,1% idi.ABŞ-da inflyasiya 40 illik pik səviyyəsindən aşağı düşüb, çünki dayanıqlı malların qiymətləri geriləyib və Çində epidemiya tədbirləri enerji qiymətlərinin "soyumasına" səbəb olub.
Marja.az xəbər verir ki, aprel ayında ölkədə illik inflyasiya 8,3% olaraq açıqlanıb. İqtisadçıların proqnozu ABŞ-da istehlak qiymətlərindəki artımın aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz olacağı istiqamətində idi.
Mart ayında illik inflyasiya 8,5 faiz təşkil edərək son 40 ilin ən yüksək səviyyəsinə çatmışdı.
Aprel ayında aylıq müqayisədə inflyasiya 0,3 faiz təşkil edib. Bu məlumat üçün proqnoz 0,2% idi.
Ərzaq və enerji istisna olan baza inflyasiya göstəriciləri də gözləntiləri üstələyib. Müvafiq olaraq, ABŞ-da aylıq baza inflyasiya 0,4% olan proqnozun əksinə 0,6% olub. İllik baza inflyasiyası isə proqnozun 0,2 bənd üzərində olmaqla 6,2% olaraq qeydə alınıb.
May toplantısında ABŞ Mərkəzi Bankı (Fed) 2000-ci ildən bəri ilk dəfə faiz dərəcələrini 0,50 bənd artırıb. Fed sədri Jerome Powell İyun və İyul yığıncaqlarında da faiz dərəcələrində 0,50 bənd artımın müzakirə ediləcəyinin siqnalını verib.
Fed-in yaxından izlədiyi PCE inflyasiyası mart ayında illik 6,6 faiz artıb. Bu göstərici son 50 ilin ən yüksək səviyyəsi olaraq qeydə alınıb.
Fed üzvlərinin inflyasiya məlumatlarından əvvəl verdiyi son açıqlamalar 0,50 bəndlik artım siqnallarının gücləndiyini göstərib.
İnflyasiyanın yüksək olaraq qalacağı təqdirdə Fed-in 0,75 bənd faiz artıra biləcəyi ehtimal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
29 d. əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
-
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 41 d. əvvəl
-
49 d. əvvəl
Maşın almaq istəyənlərə Xalq Bankdan sərfəli kredit – Şərtlər açıqlandı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®

























