Yeni Galaxy A33 | A53 | A73 - Gəlin Samsung-un "heyrətamiz" smartfonlarına daha yaxından nəzər salaq
(®) Bir müddət öncə Samsung, Galaxy A73, A53, A33, A23 və A13-dən ibarət “heyrətamiz” Galaxy A seriyasını təqdim etmişdir.
Əgər siz də sosial şəbəkələrdən aktiv istifadə edirsinizsə, sevimli smartfonunuzdan bir dəqiqə belə ayrılmırsınızsa, həyatdan hər şeyi əldə etməyi sevirsinizsə və bir anı belə qaçırmırsınızsa, onda bu seriyanın parlaq smartfonları sizə cihazlardan istifadədə yeni təcrübə bəxş edəcək.
Smartfonlar parlaq müasir dizayna malikdir və korpus Ambient Edge üslubunda plastikdən hazırlanıb, yəni burada kamera modulu korpusa axarı bir şəkildə birləşir. Mat örtük istifadədə rahat və zövq oxşayandır. Cihazlar müxtəlif rənglərdə mövcuddur. Galaxy A53 və A33 qara, ağ, mavi və şaftalı rənglərində təqdim edilir, istehsalçı isə onları qeyri-adi şəkildə adlandıraraq - "heyrətamiz" adı ilə təltif edib. Galaxy A73-ün rəngləri isə digər modellərdən fərqli olaraq heyrətamiz ağ, nanə və boz rənglərdə təqdim olunur. Lakin bu, smartfonların bir-birindən fərqləndirən yeganə amil deyil.

Burada Galaxy A73 məhsul xəttində ən böyük ölçüyə sahibdir (6,7”). O, həmçinin FHD+ Super AMOLED, Infinity O displeyinə malikdir. Displeyin belə adlandırılması, selfi kamerasının ekrandakı O-şəkilli dəlikdə yerləşdirilməsindən irəli gəlir. Ön kamera 32 MP-lik matrisaya malikdir. Əsas kamera bloku isə dörd linzadan və flaş işıqdan ibarətdir. Bu modelin məhsul xəttində mövcud olan digər cihazlardan əsas fərqləndirici keyfiyyətlərindən biri də elə məhz buradadır. Beləliklə, əsas modul 108 MP sensor (f/1.8, OIS) və hibrid optik zoom təchiz edilmişdir. Ardınca 12 MP ultra geniş və 5 MP iki obyektiv yerləşdirilmişdir ki, bunlardan biri dərinlik sensoru digəri isə makro linzadır. Bu dəst sayəsində smartfon həqiqətən heyrətamiz fotoşəkillər yaradır.
Həmçinin, smartfon Galaxy A53 və A33-dən fərqli olaraq, Adreno 642L sürətləndiricisi ilə təchiz olunmuş Snapdragon 778G (6 nm) prosessoru üzərindən işləyir.

Samsung Galaxy A53 və Galaxy A33 modelləri olduqca oxşardır, onlar hətta, SoC Exynos 1280 adlanan, eyni aparat bazasına malikdirlər. Lakin, smartfonları biri birindən fərqləndirən amillərdə mövcuddur ki, bunlardan smartfonların ölçüsünü qeyd etmək olar, belə ki, Galaxy A33 icazəsi 6,4”, A53 isə 6,5” təşkil edir. Hər iki cihazın FHD + AMOLED displeyi ilə təchiz olunmasına baxmayaraq, smarfonların ekranları fərqlidir: A33 üçün bu Infinity-U, Galaxy A53 üçün isə bu Infinity-O-dur. Həmçinin A53 modelinin ekranında təsvir yeniləmə tezliyi 120 Hz, Galaxy A33-də isə cəmi 90 Hz-ə təşkil edir. Hər iki smartfonda əsas kamera bloku 4 obyektivdən ibarətdir:
• Galaxy A53 - 64 MP (optik stabilizasiya) + 12 MP (ultra geniş bucaq) + 5 MP (dərinlik) + 5 MP (makro). Ön kamera icazəsi isə 32 MP.
• Galaxy A33 - 48 MP (optik stabilizasiya) + 8 MP (ultra geniş bucaq) + 2 MP (dərinlik) + 5 MP (makro). Ön kamera - 13 MP.
Qeyd edək ki, məhsul xətində təmsil olunan bütün smartfonlar IP67 standartına uyğun olaraq su və tozdan qorunur. Smartfonlar 5000 mAh tutumlu akkumulyatorlar ilə təchiz olunublar ki, bu da sizə gün ərzində aktiv həyat tərzi keçirməyə imkan verəcək. Bundan əlavə, 25W sürətli yükləmə, təqdim olunan hər 3 modeldə mövcuddur. Həmçinin, bütün smartfonlar MScard-ın köməyi ilə daxili yaddaşın 1 TB-dək genişləndirilməsini dəstəkləyir. Bununla yanaşı, kart slotu ikinci SİM kart və əlavə yaddaş arasında seçim tələb etmir, o hibrid deyil. Smartfonlar iki versiyada buraxılır: 6/8 QB RAM və 128 / 256 QB daxili yaddaşa malik modellər.
Samsung Galaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
6 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
8 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)



.jpg)








