Qlobal ərzaq qiymətləri ardıcıl 5 ay düşüb
Dünyada ərzaq xərcləri avqust ayında əvvəlki ayla müqayisədə 1,9 faiz azalıb.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı dünya ərzaq qiymətləri indeksi 5 aydır geriləyir.
Marja xəbər verir ki, FAO-nun Ümumdünya Ərzaq Qiymətləri İndeksi iyulda 140,7-dən avqustda 138-ə düşüb. Mart ayında Rusiyanın Ukraynaya qarşı hücumunun başlamasından sonra indeks 159,7 bəndlə rekord həddə çatmışdı.
Ümumdünya Ərzaq Qiymətləri İndeksi son 5 ayda azalsa da, avqust ayında hələ də ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz yüksək olub.
Avqust ayında FAO-nun taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,4% azalarkən, qarğıdalı qiymətləri indeksi isə 1,5 faiz artıb.
FAO qlobal taxıl istehsalı proqnozlarını da aşağıya doğru yenidən nəzərdən keçirib. 2022-ci il üçün taxıl istehsalı gözləntiləri 2 milyard 792 milyon tondan 2 milyard 774 milyon tona endirilib. Bu, 2021-ci illə müqayisədə taxıl istehsalının 1,4 faiz azalması deməkdir.
Qlobal ərzaq qiymətləri təklifin mövsümi artımı və bəzi məhsullara tələbin azalması fonunda beşinci ay enişini davam etdirib.
Ukrayna limanlarından daşınan taxılın miqdarı artsa da, şimal yarımkürəsində buğda biçini tədarük çatışmazlığını azaldıb. Ərzaq qiymətlərinin düşməsi yaşayış böhranının dərinləşməsi ilə mübarizə aparan istehlakçılara bir qədər rahatlıq verə bilər, lakin azalma iyul ayından daha az olub.
Yüksək enerji qiymətləri emal proseslərinin xərclərini artırdığından, bir çox ölkədə ərzaq qiymətlərində heç bir azalma yoxdur. Bununla belə, təxmin edilir ki, fermerlər gübrələrdən istifadəni azaltdıqları üçün məhsul uzunmüddətli perspektivdə azala bilər.
Quraqlığın qarğıdalı istehsalı ilə bağlı yaratdığı narahatlıqlar taxıl qiymətlərindəki enişin bir hissəsinin silinməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
7 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
8 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
8 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)












