"Ən pis halda, 2023-cü ildə kiçiləcəyik"
Avropa Mərkəzi Bankının sədri kristin Laqard faiz artırmaöa davam edəcəklərini vurğulayıb. İnflyasiya artmaqda olduğunu qeyd edən Lagard, qiymət təzyiqlərinin getdikcə daha çox sektora yayıldığını bildirib. Tənəzzüllə bağlı narahatlıqlara gəlincə, Lagard, "Ən pis halda, 2023-cü ildə kiçiləcəyik" deyib.Tarixi faiz qərarından sonra açıqlamalar verən Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri Kristin Laqard (Christine Lagarde), faizin artırılmasının daha bir neçə iclasda davam edəcəyini bildirib.
Marja xəbər verir ki, faiz qərarını yekdilliklə qəbul etdiklərini qeyd edən Laqard, "Masa üzərində müxtəlif fikirlər var idi, lakin müzakirələr nəticəsində yekdilliklə qərar verdik. Daha əvvəl də dediyim kimi, biz məlumatlara və görüşə əsaslanaraq qərar veririk",- deyib.
Laqard əlavə edib: "İnflyasiya üzrə son məlumat 9,1% idi. Bu tarixin ən yüksək inflyasiya rəqəmlərindən biridir. Təbii ki, enerji hələ də qiymətlərin artmasında ən böyük səbəbdir. Ərzaq qiymətlərində də artım var. Digər tərəfdən bir çox məhsullar - xüsusilə xidmətlərdə qiymət artımını müşahidə edirik. İnflyasiya çox yüksəkdir. Ona görə də qətiyyətli addım atılmalı idi. Hər yığıncaqda məlumatlara baxaraq, orta müddətli dövrdə bizi 2 faizlik inflyasiya hədəfinə qaytaracaq faiz dərəcəsinin nə olacağına qərar verəcəyik”.
"Ən pis ssenaridə 2023-cü ildə kiçiləcəyik".
Tənəzzüllə bağlı narahatlıqlara gəlincə, Laqard deyib: "Bizim əsas ssenarimizə görə, 2023-cü ildə heç bir iqtisadi geriləmə yoxdur. Amma bizim ən pis ssenarimizdə - Rusiyanın qaz təchizatını tamamilə dayandırması - bu, artıq xeyli azalıb, lakin hələ də qaz axını var. Ukraynadakı boru kəməri də bağlanarsa, biz 2023-cü ildə iqtisadi kiçilmə gözləyirik."
Qlobal iqtisadiyyatın yavaşlaması ilə birlikdə xüsusilə qısa müddətdə böyümə risklərinin aşağı yönlü olduğunu qeyd edən Laqard, "Ukraynada uzun sürən müharibə böyümə üçün böyük bir risk olmağa davam edir" deyib.
Laqard, "Avqustda illik inflyasiya 9,1 faiz təşkil edib. Enerji qiymətləri hələ də çox yüksəkdir, illik 38 faizlik artımla inflyasiyanı yüksəldən əsas amildir. Neft qiymətləri mülayim qalsa da, təbii qaz qiymətlərində sıçrayış var. Ərzaq. Avqust ayında da qiymətlər artmağa davam edib. Təchizatdakı çətinliklər də inflyasiyanı qidalandırır. Avronun dəyər itirməsi inflyasiya təzyiqlərini də pisləşdirdi. Qiymət təzyiqləri getdikcə daha çox sektora yayılır. İnflyasiya qida və enerji xaric edildiyi zaman da yüksəlişdədir" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
10 d. əvvəl
Ali Məhkəmə: Əmlakın könüllü rəsmiləşdirilməsi dələduzluq faktını istisna etmir
-
10 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
15 d. əvvəl
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
-
17 d. əvvəl
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
-
19 d. əvvəl
2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı
- 23 d. əvvəl
-
24 d. əvvəl
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
-
32 d. əvvəl
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı
Ən çox oxunanlar
Dolların qiyməti 50 Türkiyə Lirəsini keçib
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
2031-ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
“Ferrari”nin ilk elektrik avtomobili satışa çıxmamış tükəndi – 2027-ci il üçün bütün avtomobillər sifariş edilib

























