Sentyabrda süd məhsullarının beynəlxalq qiymətləri düşüb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında süd məhsullarının beynəlxalq qiymətləri düşdüyünü açıqlayıb.
Marja xəbər verir ki, FAO Süd Məhsullarının Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 142,5 bənd təşkil edib, avqust ayına nisbətən 0,8 bənd (0,6 faiz) azalıb. Bu, ardıcıl üçüncü aylıq enişdir, lakin bir il əvvəlki qiymətindən 24,4 bənd (20,7 faiz) yuxarıdır.
Sentyabr ayında bütün süd məhsullarının beynəlxalq qiymətləri mülayim şəkildə azalıb, bu da avronun ABŞ dollarına nisbətdə zəifləməsinin dünya süd qiymətlərinə təsirini əks etdirir (süd məhsulları ABŞ dolları ilə ifadə olunur). Üstəlik, güclü süd istehsalı, məhdud bazar tələbi, xüsusilə Avropa daxil qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi beynəlxalq süd qiymətləri kotirovkalarına mənfi təsir edir.
Xəbər verdiyimiz kimi, FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin sentyabrında orta hesabla 136,3 bənd təşkil edərək, avqust ayı ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalaraq, ardıcıl 6 aylıq enişi qeyd edib. Sentyabr ayında İndeksin azalması bitki yağlarının beynəlxalq qiymətlərinin kəskin düşməsi və şəkər, ət və süd məhsullarının qiymətlərinin mülayim azalması ilə əlaqədardır. Yeni azalmaya baxmayaraq, İndeks ötən ilin müvafiq ayında öz dəyərindən 7,2 bənd (5,5 faiz) yuxarı qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
7 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
7 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
8 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)








