Mal ətinin beynəlxalq qiymətləri geriləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında ətin beynəlxalq qiymətlərinin düşdüyünü açıqlayıb.
Marja xəbər verir ki, FAO-nun Ət Qiyməti İndeksi sentyabr ayında orta hesabla 121,4 bənd təşkil edib ki, bu da avqust ayına nisbətən 0,6 bənd (0,5 faiz) aşağıdır. İndeksdə ardıcıl üçüncü aylıq enişi qeydə alıb, lakin ötən ilin müvafiq ayı ilə müqayisədə hələ də 8,7 bənd (7,7 faiz) çoxdur.
Sentyabr ayında ən çox mal əti beynəlxalq qiymət kotirovkaları azalıb və bu, valyuta hərəkətlərinin təsiri ilə dəstəklənib. Mal ətinin qiymətləri Braziliyadan yüksək ixrac imkanları və bəzi istehsalçı ölkələrdə mal-qaranın likvidliyinin yüksəlməsi səbəbindən ucuzlaşıb.
Quş qripi epidemiyası fonunda bəzi böyük ixracatçı ölkələrdən ixracın məhdudlaşdırılmasına baxmayaraq, dünyada idxal alışları zəiflədiyi üçün quş ətinin qiymətləri cüzi dərəcədə aşağı düşüb. Əksinə, dünya donuz əti qiymətləri Avropada kəsilməyə hazır donuzların çatışmazlığı ilə əlaqədar olaraq artıb.
Xəbər verdiyimiz kimi, FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin sentyabrında orta hesabla 136,3 bənd təşkil edərək, avqust ayı ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalaraq, ardıcıl 6 aylıq enişi qeyd edib. Sentyabr ayında İndeksin azalması bitki yağlarının beynəlxalq qiymətlərinin kəskin düşməsi və şəkər, ət və süd məhsullarının qiymətlərinin mülayim azalması ilə əlaqədardır. Yeni azalmaya baxmayaraq, İndeks ötən ilin müvafiq ayında öz dəyərindən 7,2 bənd (5,5 faiz) yuxarı qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
7 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
7 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
8 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)









