Qlobal kompüter bazarında rekord azalma
Qlobal kompüter bazarı 2022-ci ilin üçüncü rübündə iqtisadi qeyri-müəyyənliklər səbəbindən 19,5 faiz kiçilib. Məlumatlar ABŞ-ın Çinə texnologiya ixracına qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda yayılıb.Qlobal kompüter bazarı iqtisadi qeyri-müəyyənliklər və satılmamış malların tədarüklərə mane olması ilə əlaqədar olaraq kiçilib.
Marja.az "Gartner" tədqiqat şirkətinin məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin üçüncü rübündə masaüstü kompüterlərin və noutbukların satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalıb. Bu azalma rəqəmi başqa bir araşdırma firması "Canalys" tərəfindən dərc edilən rəqəmə yaxındır. 19,5 faizlik azalma "Gartner"in iyirmi ildən artıqdır izlədiyi bazarda ən böyük enişdir.
Pessimist kompüter satışı rəqəmləri, ABŞ-ın keçən həftə Çinə çip və texnologiya ixracına qoyduğu çoxsaylı məhdudiyyətləri araşdıran qlobal texnologiya sənayesindəki qarışıqlıq dövrünə təsadüf edir.
Markalar üzrə 2022-ci ilin 3-cü rübündə kompüter satışları
Lenovo 17,1 milyon ədəd (satışı 15,3% azalıb), bazar payı: 25,2%
HP 12,7 milyon ədəd ( satışı 27,9% azalıb ), bazar payı: 18,7%
Dell 12 milyon ədəd (satışı 21,1% azalıb), bazar payı: 17,7%
Apple 5,8 milyon ədəd (satışı 15,6% azalıb), bazar payı: 8,5%
Asus 5,6 milyon ədəd (satışı 7,5% azalıb), bazar payı 8,2%
Acer 4,5 milyon ədəd (satışı 25,6% azalıb), bazar payı: 6,6%
"Bütün seqmentlər üzrə tələbin sürətlə pisləşməsi təkcə satıcılar üçün deyil, həm də təchizat zəncirindəki maraqlı tərəflər üçün narahatlıq doğuran vəziyyətə işarə edir", -"Canalys"in baş analitiki İşan Dutt bildirib. Onun sözlərinə görə, istehsalçılar istehsalı və gəlir proqnozlarını azaldırlar.
Dutt əlavə edib ki, bazar 2023-cü ilin ikinci yarısında bərpa oluna bilər.
"Gartner"ə görə, satışları təxminən 15 faiz azalsa da, üçüncü rübdə Lenovo ən çox kompüter satan şirkət olaraq qalıb. Üçüncü rübdə ilk beşlikdə yer alan şirkətlərdən ən çox HP-nin satışı azalıb (təxminən 28%).
HƏMÇİNİN OXU: Lenovo fərdi kompüterlərin satışı üzrə dünyada liderliyini qoruyub saxlayır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 22 d. sonra
- 9 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Ən çox oxunanlar
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb























