Avro zonasında rekord ticarət kəsiri
Avropa Statistika Xidməti (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın avqust ayı xarici ticarət məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, Avrozonanın ixracı avqust ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 231,1 milyard avro, idxalı isə 53,6% artaraq 282,1 milyard avro təşkil edib. Avrozonanın ticarət kəsiri avqustda 51 milyard avro olaraq qeydə alınıb.
Avropa İttifaqının ixracı avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% artaraq 207,1 milyard avro, idxalı isə 56,4% artaraq 271,8 milyard avro təşkil edib. Beləliklə, Aİ-nin xarici ticarət kəsiri avqustda 64,7 milyard avro olub.
Beləliklə, Aİ və Avrozonada ticarət kəsiri Eurostat tərəfindən məlumatların toplandığı dövrdə qeydə alınan ən yüksək səviyyəyə yüksəlib.
ƏN ÇOX İDXALI ABŞ EDİB
Avqust ayında Avropa İttifaqından ən çox mal idxal edən ölkələr 41,3 milyard avro ilə ABŞ, 26 milyard avro ilə Böyük Britaniya, 19 milyard avro ilə Çin, 14,1 milyard avro ilə İsveçrə və 8 milyard avro ilə Türkiyə olub.
Aİ ölkələrinə ən çox mal ixrac edən ölkələr 57,6 milyard avro ilə Çin, 32,2 milyard avro ilə ABŞ, 21,1 milyard avro ilə Böyük Britaniya, 19,1 milyard avro ilə Norveç, 15,2 milyard avro ilə Rusiya, 11,1 milyard avro İsveçrə və 7,8 milyard avro ilə Türkiyə olub.
Avropa İttifaqı və Avro Bölgəsinin xarici ticarət kəsiri əsasən idxal olunan enerji məhsullarının qiymətinin sürətlə artması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 38 d. sonra
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur





















