Johnson & Johnson-un xalis mənfəəti 9 ayda 11 faiz azalıb
Johnson & Johnson şirkətinin xalis mənfəəti doqquz ayda 14,4 milyard dollara düşübDünyanın ən böyük sağlamlıq məhsulları istehsalçılarından biri olan Amerikanın Johnson & Johnson (J&J) şirkətinin xalis mənfəəti ilk doqquz ayda illik müqayisədə 10,7% azalaraq 14 milyard 421 milyon dollar təşkil edib.
Marja xəbər verir ki, bu, şirkətin press-relizində deyilir.
Səhm başına mənfəəti bir il əvvəlki 6,04 dollardan 5,41 dollara geriləyib.
J&J-nin hesabat dövründəki cəmi gəlirləri 3,3% artaraq 71 milyard 237 milyon dollar təşkil edib.
J&J-nin üçüncü rübdə xalis mənfəəti illik müqayisədə 21,6% artaraq 4 milyard 458 milyon dollara çatıb. Şirkətin rüb üzrə gəliri illik müqayisədə 1,9% artaraq 23 milyard 791 milyon dollar təşkil edib. Analitiklər 23 milyard 460 milyon dollar səviyyəsində gəlir gözləyirdilər.
Şirkət 2022-ci il üçün gəlirin, koronavirusa qarşı peyvənd gəliri istisna olmaqla, 93-93,5 milyard dollar olacağını proqnozlaşdırır. Səhm başına mənfəətin isə 10,02-10,07 dollar diapazonunda olacağı gözlənilir.
İlkin ticarətdə şirkətin səhmləri 2% bahalaşıb.
Johnson & Johnson Amerika sağlamlıq və gözəllik məhsulları istehsalçısıdır. Şirkət tibbi cihaz və avadanlıqların, dərman vasitələrinin, gigiyena və insan sağlamlığı üçün malların istehsalı ilə məşğuldur. Şirkət 1886-cı ildə yaradılıb və 140.000-dən çox işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 54 d. sonra
- 56 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM






















