ABŞ, neft qiymətlərini azı 67-72 dollar civarına endirmək üçün hərəkətə keçir
ABŞ Energetika Nazirliyi neft bazarlarını sabitləşdirmək və yanacaqdoldurma məntəqələrində qiymətləri endirmək üçün strateji neft ehtiyatından daha 15 milyon barel satış edəcək. Həmçinin, Energetika Nazirliyi WTI markalı neftin qiyməti 67-72 dollar/barel civarına çatdıqda strateji ehtiyat üçün neftin alınmasına başlamağı planlaşdırır.ABŞ Prezidenti Co Bayden çərşənbə günü ABŞ-ın enerji təhlükəsizliyini gücləndirmək, hasilatı stimullaşdırmaq, xərcləri azaltmaq və qiymətləri aşağı salmaq üçün yeni tədbirləri elan edəcək.
Marja.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Bu çərçivədə, ABŞ Energetika Nazirliyinin strateji neft ehtiyatından daha 15 milyon barel satış edəcəyi bildirilib.
Açıqlamada, sözügedən satışın mart ayında açıqlanan 180 milyon bareldən çox neftin satışı qərarını tamamlayacağı qeyd edilib. Eyni zamanda, lazım olarsa, Baydenin Energetika Nazirliyini bu qış strateji neft ehtiyatından əlavə satışlara hazır olmağa çağıracağı da vurğulanıb.
“Prezident Energetika Nazirliyini bu qış strateji ehtiyatdan əlavə əhəmiyyətli neft satışına hazır olmağa çağıracaq, əgər bu, Rusiyanın hərəkətləri və ya qlobal bazarları sabitliyi pozan digər hadisələr səbəbindən zəruri olarsa”, - administrasiya əlavə edib.
Bəyanatda qeyd olunub ki, Bayden, neft qiymətləri 67-72 dollar/barel diapazonuna və ya aşağı düşdüyü zaman strateji neft ehtiyatı üçün neftin geri alınması planlarını da açıqlayacaq.
Maraqlıdır ki, Bayden administrasiyasının strateji neft ehtiyatlarından daha çox neft satmaq planı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarından sonra ortaya çıxıb. OPEC+ noyabr ayından etibarən neft hasilatını gündəlik 2 milyon barel azaltmaq barədə qərar qəbul edib.
Bayden ötən həftə bu mövzuda yeni açıqlamalar verəcəyini bildirərək, ölkədə benzin qiymətlərinin hələ də çox yüksək olduğuna diqqət çəkmişdi.
Mart ayında ABŞ prezidenti Bayden ölkə daxilində benzinin qiymətinin aşağı düşməsinə kömək etmək üçün 6 ay ərzində strateji neft ehtiyatından ümumilikdə 180 milyon bareldən çox neftin satışına icazə verib. Bu satışlarla ABŞ-ın strateji ehtiyatında olan xam neftin miqdarı 1984-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, bu dəqiqələrdə Brent nefti 90 dollar səviyyələrində ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 54 d. sonra
- 56 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















