Mavi işarə ilə rəsmi Twitter səhifəsi ödənişli olacaq
Twitter sosial şəbəkəsi doğrulanmış (mavi işarə ilə rəsmi olaraq təsdiqlənmiş) səhifədən istifadəni ödənişli edəcək.
Marja.az xəbər verir ki, bu barədə Amerikanın texnologiya və media xəbərlər şəbəkəsi "The Verge" mənbələrə istinadən xəbər verir.
Verge-nin məlumatına görə, "Twitter Blue" aylıq abunə haqqını ödəmiş istifadəçilər üçün mümkün olacaq. Qiymətin aylıq 4,99 dollardan 19,99 dollaradək olacağı bildirilir. İstifadəçilər bu abunəni 90 gün ərzində ödəməlidirlər, əks halda onların səhifəsində mavi işarə yox olacaq.
Nəşrin məlumatına görə, Mask işçilərə, noyabrın 7-dək yeni ödənişli abunəni həyata keçirə bilməsələr işdən çıxarılacaqlarını da bildirib.
Bundan əvvəl Mask nəhayət sosial şəbəkəni almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Media Twitter-in rəhbəri Paraq Aqravalın digər şirkət rəhbərləri ilə birlikdə işdən çıxarıldığı barərə məlumatlar yayıb. “Washington Post” yazıb ki, Mask Twitter işçilərinin 75%-ni işdən çıxarmaq istəyir. Eyni zamanda Maskın özü də bu xəbərləri təkzib edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















