Starbucks-ın xalis mənfəəti əhəmiyyətli dərəcədə azalıb
Starbucks qəhvə mağazasının xalis mənfəəti 2021-2022-ci maliyyə ilində 22% azalıbDünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan Starbucks-ın xalis mənfəəti 2021-2022-ci maliyyə ilinin sonunda (oktyabrın 2-də başa çatıb) əvvəlki ilə nisbətən 21,9% azalaraq 3,282 milyard dollara düşüb.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, səhm üzrə mənfəət bir il əvvəl 3,54 dollar ilə müqayisədə daha aşağı - 2,83 dollar təşkil edib.
Şirkətin gəliri 11% artaraq 32,25 milyard dollara çatıb.
Dördüncü rübdə şirkətin xalis gəliri azalaraq 878 milyon dollar təşkil edib. Gəlir 3,3% artaraq 8,414 milyard dollar olub, proqnoz isə 8,33 milyard dollar idi.
Keçən rübdə Starbucks 763 yeni mağaza açıb, hazırda onların sayı 35 711-dir. Ümumilikdə şəbəkənin mağazalarının 61%-i ABŞ və Çinin payına düşür.
1971-ci ildə Sietldə qurulan Starbucks dünya üzrə 35 000-dən çox qəhvə mağazası şəbəkəsini idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















