IEA: Rusiyanın neft hasilatı 2023-cü ildə azalacaq
2023-cü ildə Rusiyanın neft hasilatının bazarın olmaması səbəbindən kəskin azalacağı, gündəlik 10 milyon bareldən aşağı düşə biləcəyi proqnozlaşdırılır.Beynəlxalq Enerji Agentliyinin (IEA - International Energy Agency) məlumatına görə, Avropanın məhdudiyyətləri başladıqdan sonra Rusiya nefti üçün yeni bazarlar tapmaqda çətinlik çəkəcək və potensial olaraq gələn il ölkənin neft hasilatı orta hesabla gündəlik 10 milyon bareldən aşağı düşəcək.
Marja xəbər verir ki, IEA, Rusiyanın ənənəvi müştərilərinin əksəriyyətinin Ukraynanın işğalı ilə əlaqədar olaraq geri çəkilmələrindən sonra gündə bir milyon bareldən çox nefti Hindistan, Çin və Türkiyəyə yönləndirdiyini bildirib. Lakin son vaxtlar bu ölkələrə axın durğunlaşıb və onların idxalı daha da artıra bilməyəcəklərinə işarələr var.
“Gələn il Rusiyanın neft hasilatının gündəlik 9,6 milyon barelə düşəcəyini gözləyirik",- IEA bildirib.
Bloomberg-in hesablamalarına görə, yanvar-oktyabr dövründə Rusiyanın hasilatı orta hesabla gündəlik 10,7 milyon barel olub.
Avropa İttifaqı dekabrın 5-dən Rusiya xam neftinin böyük hissəsini, fevralın 5-dən isə emal olunmuş məhsulların idxalını qadağan edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















