Ən yüksək inflyasiyanın olduğu ölkələr
Sentyabrda Zimbabve, Livan, Venesuela və Sudanda illik inflyasiya bütün dünya ölkələri arasında ən yüksək səviyyədə olub.
Marja xəbər verir ki, ölkənin milli statistika xidmətlərinin məlumatları əsasında araşdırma aparılıb. Araşdırmaya dünyanın yeddi regionundan: Asiya, Sub-Səhra Afrikası, Yaxın Şərq və Şimali Afrika, Avropa, Okeaniya, Cənubi və Şimali Amerikadan sentyabr məlumatlarını açıqlayan 155 ölkə daxil edilib.
Dünyada və eyni zamanda Afrika Səhrasının cənubunda ən yüksək inflyasiya sentyabrda Zimbabvedə (280,4%) qeydə alınıb. Bölgədə ikinci, dünyada isə dördüncü yerdə isə 107% ilə Sudandır, Qana 37,2% inflyasiya ilə ilk üçlüyü bağlayır.
Dünyada ikinci, Yaxın Şərq və Şimali Afrika ölkələri arasında isə birinci yeri 162,47% inflyasiya ilə Livan tutur. Həmçinin bu regionda sentyabrda Türkiyədə (83,5%) və Misirdə (15,02%) əhəmiyyətli qiymət artımı qeydə alınıb.
Uzun illər yüksək inflyasiyadan əziyyət çəkən Venesuela 157,4% inflyasiya ilə Cənubi Amerikada birinci, dünyada isə üçüncü olaraq qalır. Cənubi Amerika ölkələri arasında payızın əvvəlində qiymət artımının 83%-ə qədər sürətləndiyi Argentina sentyabrda ikinci, 41,4% göstərici ilə Surinam üçüncü yerdə qərarlaşıb.
Şimali Amerikada sentyabrda inflyasiya baxımından birinci yerdə 37,24% qiymət artımı ilə Kuba olub. İlk üçlüyə həmçinin Nikaraqua (11,52%) və Kosta Rika (10,37%) daxildir.
Avropa qitəsi ölkələri arasında sentyabrda ən yüksək inflyasiya Moldovada (34%), Ukraynada (24,6%) qeydə alınıb. Üçüncü yerdə 24,1% göstərici ilə Avropa ittifaqı ölkələri arasında qiymət artımına görə də lider olan Litvadır.
Asiyada qiymətlər sentyabrda ən çox artıb Şri-Lanka (73,7%), Laos (34%) və Pakistanda (23,2%) artıb. Okeaniya ölkələri arasında ən yüksək inflyasiya Tonqa Krallığında (14%), Samoada (11%) və Palauda (10,3%) qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















