iPhone 14 istehsalı 16 milyon ədəd azalacaq
Çindəki koronavirus ilə əlaqədar olaraq iPhone 14 istehsalı 16 milyon ədəd azalacaq.2022-ci ildə Apple-ın iPhone 14 smartfonlarının istehsalı bu telefonların istehsal olunduğu Çinin Çjençjou şəhərində koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş karantin tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq ilkin proqnoz ilə müqayisədə 16 milyon ədəd azala bilər.
Marja xəbər verir ki, bu barədə cümə günü Bloomberg agentliyi İsveçrənin ən böyük bankı UBS-in analitiklərinə istinadən məlumat yayıb.
Mütəxəssislərin fikrincə, 2022-ci ilin ikinci yarısında 76 milyon ədəd iPhone 14 smartfonu istehsal olunacaq. Halbuki daha əvvəl 92 milyon daha yüksək rəqəm bildirilmişdi. Beləliklə, analitiklər iPhone istehsalının 2021-ci illə müqayisədə 20% azalacağını proqnozlaşdırırlar.
Bank hesab edir ki, istehsalın azalması dünyanın ən böyük iPhone yığım zavodunun yerləşdiyi Çjençjou şəhərindəki Foxconn şirkətində problemlər səbəbindən baş verəcək. Noyabrın 24-də şəhər hakimiyyəti yeni koronavirusa yoluxma hallarının sayının artması fonunda karantin rejimi tətbiq olunduğunu elan edib. Noyabrın 30-da məhdudiyyətlər aradan qaldırılıb.
Bankın analitikləri qeyd ediblər ki, iPhone 14 Pro və Pro Max üçün daha uzun gözləmə müddətinin tələbata təsir edib-etməyəcəyinə nəzarət etmək vacibdir. 2022-ci ilin dekabr ayında və 2023-cü ilin birinci rübündə istehsalın həcmi həlledici olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















