Kreml: Rusiya neftinə maksimum qiymət tətbiq edilməsini qəbul etməyəcək
maksimum qiymət həddin tətbiqiniRusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, neftin qiymətinə tavan (maksimum qiymət həddi) tətbiq edilməsini qəbul etməyəcək.
"Biz bu tavanı qəbul etməyəcəyik. Bəs iş necə təşkil olunacaq? Tezliklə aparılacaq təhlillərdən sonra ona uyğun məlumat verəcəyik", - deyə o, jurnalistlərə açıqlama verib.
Peskov əlavə edib ki, Kreml neftin qiymətinin yuxarı həddinin tətbiqi ilə bağlı vəziyyəti təhlil edir, belə bir “tavan” üçün artıq müəyyən hazırlıqlar da görülüb:
"Biz indi təhlillər aparırıq. Belə bir tavan üçün müəyyən hazırlıq işləri görülüb".
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) ölkələri, G7 və Avstraliya Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar səviyyəsində müəyyən edilməsi barədə razılığa gəliblər.
İqtisadçılar bildirirlər ki, Aİ ölkələri, G7 və Avstraliyanın Rusiya neftinin alınması üçün maksimum qiymət həddini bir barel üçün 60 dollar səviyyəsində müəyyən etmək qərarı Rusiya iqtisadiyyatına qısa və orta müddətli dövrdə təsir etməyəcək, amma uzunmüddətli dövrdə mənfi təsir göstərə bilər.
Rusiya neftinin qiyməti ilə bağlı tavan siyasəti dekabrın 5-dən “və ya bir müddət sonra” qüvvəyə minəcək. Eyni zamanda, birgə bəyanatda qeyd edilib ki, zərurət yarandıqda tavan qiymətə düzəlişlər edilə bilər. ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli neftin qiymətinin 60 dollar səviyyəsində məhdudlaşdırılmasını Rusiyanın dünya bazarlarına neft satmağa davam etməsi üçün kifayət hesab edib.
"Qərar bazarlarda neftin qiymətinin artmasına səbəb olacaq"
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Rusiya neftini yalnız onun üçün sərfəli olan şərtlərlə satacaq və G7 ölkələrinin 60 dollar maksimum qiymət həddi dünya bazarlarında “qara qızıl”ın qiymətinin artmasına gətirib çıxaracaq.
"Rusiya neftini yalnız onun üçün sərfəli olacaq şərtlər ilə satacaq. Bu qərar yalnız dünya bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olacaq. Qərarın sifarişçisi də aydındır. Bunun arxasında Amerika Birləşmiş Ştatları dayanır",- Aleksey Çepa deyib.
Çepa əlavə edib ki, Rusiyanın kifayət qədər böyük alıcıları bazarı var:
"Bu gün alıcılarımız var, ötən müddət ərzində kifayət qədər alıcı tapmışıq, kifayət qədər müqavilələr bağlamışıq, ona görə də Böyük Yeddiliyin (G7) qərarı bizi qorxutmur".
Rusiya baş nazirinin müavini Aleksandr Novak bu həftə bir daha bəyan edib ki, Rusiya qiymət tavanını qəbul edən ölkələrə nefti nə bir barel üçün 60 dollara, nə də başqa qiymətlərlə tədarük etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir. Rusiya bazar şərtləri ilə işləməyə hazır olan alıcılar ilə əməkdaşlığa hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 36 d. əvvəl
-
46 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
























