İsveçrə banklarında 49 milyard dollar Rusiya aktivləri var
100-ə yaxın Rusiya vətəndaşı və şirkətinin İsveçrə banklarındakı aktivlərinin məbləği 46 milyard frankdan (49 milyard dollar) çox olduğu açıqlanıb.İsveçrə hökuməti ölkənin banklarında mövcud olan Rusiya sərvətləri ilə bağlı indiyədək ən ətraflı açıqlama verib.
Marja-nın məlumatına görə, İsveçrə Dövlət İqtisadiyyat Katibliyi (SECO) cümə axşamı elan edib ki, 123 Rusiya vətəndaşının və ya qurumunun ölkə banklarındakı ümumi aktivləri 46,1 milyard frank (49 milyard dollar) təşkil edir.
SECO-nun ikitərəfli iqtisadi əlaqələr üzrə rəhbəri Ervin Bollinqer bildirib ki, sanksiyaya məruz qalan məbləğ Rusiyanın İsveçrədəki bütün aktivlərinin yalnız bir hissəsidir.
Rusiya Ukraynanı işğal etdikdən sonra İsveçrə banklara ruslardan 100 000 İsveçrə frankından (106 000 dollar) yüksək məbləğləri qəbul etməyi qadağan edib.
İsveçrə Bankirlər Assosiasiyası bildirib ki, bu rəqəmə (46,1 milyard franka) yalnız 100.000 frankdan çox əmanətlər daxildir. Ölkədəki bankların cəmi Rusiya aktivləri ən azı 150 milyard frankdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















