ABŞ strateji ehtiyatları üçün Rusiya neftini almayacaq
ABŞ administrasiyası ölkənin strateji ehtiyatını artırmaq üçün Rusiya nefti almayacaq.
Marja xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib.
"Xeyr, çünki Rusiya neftinin idxalı qadağandır",- Jean-Pierre brifinq zamanı ABŞ prezidenti Co Baydenin G7 ölkələri tərəfindən "qiymət həddi" tətbiq edildikdən sonra belə bir ehtimalı nəzərdən keçirməyə hazır olub-olmadığına dair suala cavab verərkən bildirib.
Birləşmiş Ştatlar mart ayında Ukraynadakı münaqişə ilə bağlı daha sərt sanksiyalar çərçivəsində Rusiyadan neft, neft məhsulları, LNG və kömür idxalına qadağa qoyub.
Bazar ertəsi, dekabrın 5-də Rusiya neftinə qarşı sanksiyalar qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırır. Eyni zamanda, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı isə dəniz daşımalarına 60 dollar qiymət limiti tətbiq edib. Rusiya baş nazirinin müavini Aleksandr Novak embarqonu şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətləri ilə bağlı "tavanı" qəbul etməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















