Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə nəqli məsələsi müzakirə olunacaq
Türkmən qazının Rusiyadan istifadə etmədən müxtəlif marşrutlarla nəqli planları keçmişdə uğurlu olmamışdı. Lakin Ukraynanın işğalı və işğalın enerji bazarlarına mənfi təsiri əvvəllər mümkün olmayan müxtəlif enerji marşrutu ideyalarının canlanmasına səbəb olub.Gələn həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Azərbaycan liderləri ilə türkmən qazının Türkiyə vasitəsilə Avropaya nəqli ideyasını müzakirə edəcək.
Marja "Bloomberg”ə istinadən xəbər verir ki, Türkmənistan qazının TANAP vasitəsilə əvvəlcə Azərbaycana, sonra isə Türkiyəyə nəqli məsələsinin müzakirə olunacaq.
Mənbələr bildiriblər ki, türkmən qazının dəniz yolu ilə Azərbaycana nəqli və oradan TANAP vasitəsilə Türkiyə üzərindən nəqli ideya gündəmdədir.
Təklif olunan plan üzrə qazın təhvilinin nə vaxt həyata keçiriləcəyi və ya planın qısa müddətdə texniki cəhətdən mümkün olub-olmayacağı bəlli deyil. Türkmən qazının Rusiyadan istifadə etmədən müxtəlif marşrutlarla nəqli planları keçmişdə uğurlu olmamışdı. Lakin Ukraynanın işğalı və işğalın enerji bazarlarına mənfi təsiri əvvəllər mümkün olmayan müxtəlif enerji marşrutu ideyalarının canlanmasına səbəb olub.
Türkiyə Avropa ilə Asiya arasında strateji yerləşməsi və Qara dənizə çıxışa nəzarəti sayəsində əsas enerji dəhlizinə çevrilmək üçün çalışır.
Türkiyə də iqtisadi və diplomatik əlaqələrini gücləndirmək üçün enerji layihələrindən faydalanmaq istəyir. Bu yaxınlarda TANAP-ın gücünün iki dəfə artırılaraq 32 milyard kubmetrə çatdırılması qərara alınıb.
Rusiyanın Avropa İttifaqına təbii qaz tədarükünü kəsməsi enerji qiymətlərində sıçrayışa səbəb olub.
Azərbaycan qazı Avropanın Rusiyadan tədarük boşluğunun doldurulmasında rol oynasa da, Türkmənistanın böyük ehtiyatları əsasən istifadə olunmur. Türkmənistan öz qazını Avropaya göndərə bilmir, çünki neftinin Xəzər dənizi üzərindən boru kəmərləri ilə nəqlinə dair razılaşmalar yerinə yetirilməyib.
BP-nin Dünya Enerji Statistikası Hesabatına əsasən, Türkmənistanın təbii qaz təchizatının üçdə biri Çin göndərilir. Qalanı isə ölkə daxilində istifadə edilir və Rusiyaya tədarük edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















