BMT 2022-ci ildə qlobal ticarətdə rekord artım proqnozlaşdırır
Bu, təxminən 32 trilyon dollar ola bilərDünya ticarətinin ümumi həcmi 2022-ci ildə rekord səviyyəyə - təxminən 32 trilyon dollara çatacaq.
Marja xəbər verir ki, bu proqnoz çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən verilib.
"Qlobal ticarət 2022-ci ildə təxminən 32 trilyon ABŞ dolları ilə rekord həddə çatmalıdır", - UNCTAD-ın Dekabr Aylıq İcmalında deyilir.
Vurğulanır ki, bu ilin sonunadək əmtəə ticarətinin ötənilki göstəriciləri 10 faiz üstələyərək təqribən 25 trilyon dollara yüksəlməsi, xidmət ticarətinin isə 7 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə təxminən 15 faiz çoxdur.
UNCTAD izah edir ki, bu rekord artımlar "əsasən bu ilin birinci yarısında güclü artımın" nəticəsidir. Üçüncü rübdə əmtəə ticarəti ikinci rüblə müqayisədə bir faiz azalıb, eyni dövrdə xidmətlər ticarəti isə 1,3 faiz artıb. Proqnoza görə, dördüncü rübdə həm malların, həm də xidmətlərin qlobal ticarətində dəyər baxımından azalma müşahidə olunacaq.
İlin ikinci yarısında baş verən yavaşlama "iqtisadi şərtlərin pisləşməsi və artan qeyri-müəyyənlik" ilə əlaqələndirilir. Bundan əlavə, əmtəə qiymətlərinin, xüsusən də enerji qiymətlərinin aşağı düşməsi ticarətin dəyər ifadəsində azalmasına qismən töhfə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























