Azərbaycandan Türkiyəyə 74 konteyner alüminum məhsulu yola salınıb
Azərbaycanda, Gəncə İstehsalat Kompleksində istehsal olunan alüminium məhsullarının növbəti hissəsi İstanbula yola salınıb. İxrac məhsulu Türkiyəyə 72 konteynerdən ibarət blok qatarla “TURKUAZ” layihəsi çərçivəsində, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çatdırılacaq.
"Ady Container" şirkətinin yaydığl məlumatda bildirilir ki, bu konteynerlərdəki əmtəəlik məhsulların ümumi çəkisi isə 2000 tondan çoxdur. Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.
Memoranduma uyğun olaraq, bu il Gəncə-Türkiyə marşrutu üzrə 486, Türkiyə-Gəncə marşrutu üzrə 204, Çin-Gəncə marşrutu üzrə isə 176 konteyner olmaqla, ümumilikdə 866 konteyner daşınıb.
Çindən Orta dəhlizlə və Türkiyədən BTQ dəmit yolu xətti ilə Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalı həyata keçirilib.
Qeyd edək ki, fəaliyyətə başladığı 2021-ci ilin fevral ayından indiyədək “TURKUAZ” qatarı vasitəsilə 2 ölkə arasında 20 futluq ekvivalentdə 7000 minə yaxın konteyner daşınıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə həyata keçirilən tədbirlər nəticəsində multimodal konteyner yükdaşımalarının həcmində müsbət dinamika müşahidə olunur. Belə ki, adıçəkilən marşrut üzrə yükdaşımaların həcmi 2022-ci ilin 11 ayı ərzində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















