Qazaxıstanın Energetika Nazirliyi elektrik enerjisi tarifini 3,4 dəfə artırmağa çağırıb
Qazaxıstanın Energetika Nazirliyi müəssisələrin modernləşdirilməsi və onların avadanlıqlarının köhnəlməsini azaltmaq məqsədilə respublikanın generasiya stansiyaları tərəfindən elektrik enerjisi istehsalının maksimal tarifinin 3,4 dəfə artırılmasını hökumətdən xahiş edir.
Marja-nın məlumatına görə, çərşənbə axşamı hökumətin iclasında çıxış edən respublikanın energetika naziri Bolat Akçulakov bildirib ki, respublikanın elektrik enerjisi istehsal edən stansiyalarında avadanlıqlarının orta aşınması 66% təşkil edir, bəzi şəhərlərdə isə bu rəqəm 80%-i keçir. Ölkədəki İES-lərin təxminən 76%-i 50 ildən çox işləyib.
"Hazırda təsdiq edilmiş tariflər çərçivəsində elektrik və istilik enerjisinin satışından əldə olunan gəlirlər elektrik stansiyalarında tam təmir işlərinin aparılması xərclərini ödəmir. Yetərsiz maliyyələşmənin həcmi 88 milyard tenge (188 milyon dollar) təşkil edir", - nazir bildirib.
Onun sözlərinə görə, hazırda 2023-cü ildə yeni “İnvestisiya müqabilində tarif” proqramının qəbulu məsələsi üzərində iş aparılır. Nazirliyin hesablamalarına görə, proqram enerji istehsal edən təşkilatların mövcud aktivlərinin yenidən qurulmasına, modernləşdirilməsinə və genişləndirilməsinə imkan verəcək və bununla da enerji sisteminin etibarlılığını artıracaq.
“Elektrik enerjisi istehsalının saxlanılması üçün maksimal tarifin bir meqavat üçün 590 min tengedən (1,3 min dollar - red.) 2 milyon tengəyə (4,3 min dollar - red.) artırılması tələb olunur”, - Energetika naziri bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















