UBS 2023-cü ilin ortalarında neftin qiymətinin 110 dollar olacağını proqnozlaşdırır
UBS: Rusiyaya qarşı sanksiyalar və neft hasilatına investisiyanın olmaması 2023-cü ildə qiymətləri artıracaqİsveçrənin böyük maliyyə holdinqi UBS ilin ikinci yarısında Brent markalı neftin qiymətinin ötən illə müqayisədə 30%-dən çox artacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, Banka görə, Rusiyaya qarşı sanksiyalar və neft hasilatına investisiyanın olmaması 2023-cü ildə qiymətləri artıracaq.
UBS ekspertlərinin fikrincə, 2023-cü ilin ikinci yarısında Brent markalı neftin qiyməti bir barel üçün 110 dollara qədər yüksələcək və yaxın aylarda 100 dollar/barel həddinin aşılması gözlənilməlidir.
UBS qeyd edib ki, 2022-ci ilin iki əsas problemi - Rusiyanın enerji resursları ixracını azaltmaq cəhdləri və uzun illər neft hasilatına kifayət qədər sərmayə qoyulmaması 2023-cü ildə də qalacaq. Keçən il ən çox kömür qiymətləri artıbsa, indi neftin qiymətinin qalxması ehtimalı daha yüksəkdir.
Həmçinin inkişaf etməkdə olan bazarlarda, xüsusən də Çində enerjiyə tələbatın bərpası qiymətləri dəstəkləyəcək. UBS Çində bu il tələbatın pandemiyadan əvvəlki - 2019-cu il səviyyəni keçəcəyini proqnozlaşdırır.
“Buna görə də biz neft qiymətlərinin qarşıdakı aylarda 100 dollar/bareldən yuxarı qalxacağını, Brent markalı neftin 2023-cü ilin ortalarında və 2023-cü ilin sonunda 110 dollar/barelə (WTI 107 dollar/barel) çıxacağını gözləməkdə davam edirik”, - proqnozda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















