ABŞ-da pandemiyadan sonra ilk aylıq deflyasiya
Qlobal bazarların gözlədiyi ABŞ-da inflyasiya məlumatları açıqlanıb. Dekabrda aylıq müqayisədə deflyasiya (mənfi inflyasiya) qeydə alınıb. Qiymətlərdə illik müqayisədə isə 6,5 faiz artım qeydə alınıb.ABŞ-da istehlak qiymətləri 2022-ci ilin dekabr ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% artıb. Aylıq müqayisədə 0,1 faiz azalma olub.
Dekabr ayında qeydə alınan mənfi aylıq inflyasiya (deflyasiya) 2020-ci ilin may ayından bəri ilk mənfi aylıq inflyasiya olub.
Enerji qiymətlərinin aşağı düşməsi deflyasiyaya səbəb olub.
İqtisadçılar qiymətlərdə illik 6,5 faiz artım gözləyirdilər. Aylıq müqayisədə də qiymətlərin 0,1 faiz azalması gözlənilirdi.
Noyabrda ABŞ-da istehlak qiymətləri aylıq 0,1 faiz, illik 7,1 faiz artmışdı.
ABŞ-da inflyasiyanın yavaşladığını göstərən məlumatlar FED-in növbəti iclasda faizini daha aşağı templə artıracağı gözləntilərini gücləndirilib. Faizin artırılması tempini ötən iclasda 75 baza bəndindən 50 baza bəndinə endirən FED-in növbəti iclasda faizini 25 baza bəndi artıracağı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















