AZAL Bakıdan Astanaya uçuşlara başlayır
AZAL Azərbaycan və Qazaxıstan paytaxtlarını birləşdirəcək.“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Qazaxıstanın paytaxtı Astana şəhərinə reyslər açır.
Belə ki, martın 16-dan etibarən aviaşirkət Bakı-Astana-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.
Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astana şəhərinə uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuşların tam cədvəli ilə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















