Netflix-in abunəçi sayı keçən ilin son rübündə gözləntiləri üstələyib
Qlobal internet televiziya şəbəkəsi Netflix-in abunəçi bazası ötən ilin son rübündə bazar gözləntilərini üstələyərək 7,7 milyon artıb.Netflix 2022-ci ilin 4-cü rübü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin ötən ilin son rübündə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% artaraq 7,9 milyard dollara çatıb. Netflix gəliri 2021-ci ilin eyni dövründə 7,7 milyard dollar olaraq qeydə alınmışdı.
Şirkətin xalis mənfəəti isə ötən ilin 4-cü rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 91% azalaraq 55 milyon dollara düşüb. 2021-ci ilin son rübündə Netflix-in xalis mənfəəti 607 milyon dollar olmuşdu.
Şirkətin səhm üzrə qazancı da eyni 1,33 dollardan 0,12 dollara düşüb.
Dünya üzrə abunəçilərin sayı 230 milyonu ötüb
Netflix-in abunəçiləri ötən ilin son rübündə 7,7 milyon artıb. Netflix abunəçilərinin sayının bu müddət ərzində 4,5 milyon artacağı təxmin edilirdi.
Netflix-in dünya üzrə abunəçiləri ötən ilin sonunda 230,8 milyona çatıb.
Şirkətin abunəçilərinin sayı 2022-ci ilin birinci rübündə 200 min, ikinci rübündə isə 970 min azalmışdı. Beləliklə, Netflix ilk dəfə ardıcıl iki rüb abunə itkisi yaşamışdı. Keçən ilin ilk yarısındakı itkilərdən sonra Netflix-in abunəçi sayı ikinci yarıda bərpa olunmağa başlayıb.
Netflix-in həmtəsisçisi Hastings baş direktor vəzifəsini tərk edir
Digər tərəfdən, Netflix-in qurucu ortağı Reed Hastings-in baş direktor (CEO) vəzifəsindən istefa verdiyi və idarə heyətinin sədri olaraq şirkətdəki vəzifəsini davam etdirəcəyi açıqlanıb.
Bildirilib ki, Hastingsin yerinə şirkətin baş əməliyyat direktoru Qreq Peters gələcək, Ted Sarandos isə Co-CEO vəzifəsini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















