Azərbaycan aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutunu açır
“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açırAZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.
AZAL-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















