Dolların ucuzlaşması fonunda qızılın qiyməti qalxır
Bazar ertəsi səhər qızılın qiyməti 1% bahalaşıb. Dolların dünya valyutaları, xüsusən də yen qarşısında zəifləməsi qiymətli metalın kotirovkalarını dəstəkləyir.
Marja xəbər verir ki, Nyu-Yorkda Comex birjasında fevral ayı qızıl fyuçerslərinin qiyməti 19,35 dollar və ya 1% artaraq 1 troya unsiyası üçün 1948,78 dolları görüb. Gümüşün mart fyuçersləri 0,63% bahalaşaraq bir unsiya üçün 23,77 dollar olub.
Eyni zamanda, dollar yen qarşısında 0,3%, avroya qarşı isə 0,1% ucuzlaşıb.
Daha ucuz dollar qızılı başqa valyutada almaq üçün daha əlverişli edir.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) növbəti ikigünlük iclası bu həftəyə planlaşdırılıb. CME Group-un məlumatına görə, analitiklərin təxminən 99%-i dekabr ayında 0,50 bəndlik artımdan sonra tənzimləyicinin faiz artımını 0,25 bəndə qədər yavaşlatacağına əmindir. FED, digər dünya mərkəzi bankları ilə birlikdə keçən il yüksək inflyasiya fonunda uçot dərəcəsini artırmağa meylli idi.
Qızıl FED-in pul siyasəti ilə bağlı siqnallarına həssasdır, çünki qiymətli metalın kotirovkalarına ticarət olduğu valyuta olan dolların dəyəri təsir edir. Ənənəvi olaraq, FED-in daha çox “göyərçin” əhval-ruhiyyəsi dolları ucuzlaşdırır ki, bu da qızılın qiyməti üçün müsbətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
5 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
5 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
6 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)









