Bakı Limanının ikinci fazası çərçivəsində tikinti işləri 3 il çəkə bilər
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın ikinci fazası çərçivəsində tikinti işləri təqribən 3 il çəkə bilər.
Bunu müsahibəsində Bakı Limanının Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, bu ilin ikinci kinci rübdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının başa çatacağı gözlənilir. Bu sənəd hazır olduqdan sonra Limanın ikinci fazasının tikintisi ilə bağlı qərar qəbul ediləcək. Texniki-iqtisadi əsaslandırma hazırlanandan sonra tikinti dizaynı və texniki tərəfləri müəyyən edən master-plan (baş plan, mühəndislik və əməliyyat işlərinin planlaşdırılması sənədi – red.) hazırlanacaq. Öz növbəsində, master-planın hazırlanmasına 3-6 ay tələb oluna bilər.
“Sonra master-plana uyğun tikintinin müddəti müəyyən olunacaq və daha dəqiq bilinəcək ki, hansı müddətdə tikilmə imkanı var. Tikinti işləri təqribən üç il çəkə bilər. Bu təqribi bir rəqəmdir, amma master-plandan sonra dəqiq müəyyən edə biləcəyik ki, tikinti müddəti, yəni ikinci fazanın başa çatması hansı dövrə təsadüf edəcək”, - Xudayar Həsənli qeyd edib.
Departament müdiri əlavə edib ki, ikinci fazada tək terminallar, körpülər deyil, eyni zamanda regional inkişaf üçün və hab konsepsiyasına xidmət edən bir multimodal və intermodal terminalının yaradılması da düşünülür. Yüklərin nəqliyyat və daşıma formasının dəyişməsini, paketlənməsini və çeşidlənməsini həyata keçirə bilən və müxtəlif nəqliyyat vasitəsilə daşıma imkanı yaradan bir multimodal və intermodal terminalının qurulması nəzərdə tutulur. Bütün dünyada, böyük, inkişaf etmiş limanlarda bu terminallar mövcuddur və bu terminalların köməyi ilə liman maksimum imkanlarına çata bilir. Bu cür terminallar təkcə Limanın yox, bütün Orta nəqliyyat koridorunun yük cəlbetmə imkanlarını genişləndirir.
“İkinci fazada bizim konteyner aşırma gücümüz 400 min TEU artırılaraq 500 min TEU-ya çatdırılacaq. Bundan əlavə, digər yük terminalları da ola bilər, lakin bu texniki-iqtisadi əsaslandırmadan sonra daha detallı bəlli olacaq. İkinci fazadan sonra Limanın ümumi yükaşırma gücü 25 mln. tona çatdırılacaq. Bu da gələcəkdə böyük yük axınlarına və Çin-Avropa arasında daşımalara hazırlıq mərhələsidir. Liman öncədən bu axınlara hazır olmağı düşünür ki, buna görə də ikinci fazanın həyata keçirilməsi nəzərdə tutulub”, - Xudayar Həsənli vurğulayıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 21 saat sonra
-
7 d. əvvəl
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
-
53 d. əvvəl
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
-
58 d. əvvəl
Sahibkardan rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi həbs edildi
-
1 saat əvvəl
Nizami City-də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil ®
-
1 saat əvvəl
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Ən çox oxunanlar
Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb
Azərbaycan neftinin son qiyməti
Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
ABŞ-dan Avropaya mayeləşdirilmiş qaz ixracı kəskin artdı – Qiymətlər son illərin ən yüksək səviyyəsində
Rəsmi məzənnələr açıqlandı






















