Mikayıl Cabbarov Özbəkistandadır - İnvestisiya Fondunun yaradılması ilə bağlı Saziş imzalanacaq
İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Qeyd edilib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işlər, tərəfdaşlığın gücləndirilməsi üçün həyata keçirilən nəticəyönümlü tədbirlər yüksək qiymətləndirilir. Bu baxımdan, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi, səmərəli nəticələrin əldə olunması əsas hədəflərdəndir.
Ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığını inkişaf etdirmək məqsədilə görülən işlərə gəlincə, diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ötən ilin avqustunda keçirilmiş iclasında əldə olunmuş razılıqların uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü addımlar atılır.
Bildirilib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Özbəkistanla qarşılıqlı investisiya qoyuluşu sahəsində tərəfdaşlığın gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. İki ölkənin regionları və işgüzar dairələri arasında əlaqələri gücləndirməyə töhfə verəcək 1-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumunda imzalanacaq Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası Saziş də bu baxımdan önəmlidir. Sənəddə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Tədbirdə ticarət, investisiya, sənaye, “Araz Vadisi” İqtisadi Zonası və Ağdam sənaye parklarına, Ələt Azad İqtisadi Zonasına Özbəkistan şirkətlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyat və s. istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş potensial olduğu vurğulanıb, Özbəkistan iş adamları fəal əməkdaşlığa dəvət olunub.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 23 saat əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
1 gün əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub






















