Mərkəzi Bank qərarını açıqladı
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı. Mərkəzi Bank faizlərini daha da qaldırdı.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılmışdır.
Xatırladaq ki, 01 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılmışdı.
Mərkəzi Bank "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı press-reliz yayıb.
Marja.az xəbər verir ki, press-relizdə bildirilir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılmışdır.
Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilmişdir.
Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir. Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0.6% azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşmüş, illik əsasda 8.1% azalmışdır. Beləliklə, ötən ilin aprelindən başlayaraq artıq 11 ay ardıcıl dünya ərzaq qiymətləri aşağı düşməkdədir. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır. 2022-ci ildəki 8.4%-lik möhkəmlənməninin ardınca 2023-cü ilin ilk 2 ayında manatın nominal effektiv məzənnəsi 2.2% möhkəmlənmişdir. Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14.1% təşkil etmişdir ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15.6%) ilə müqayisədə 1.5 faiz bəndi azdır.
Lakin, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə etsək də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də yüksək olaraq qalır və cari ilin fevralında 15.7% təşkil etmişdir. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.
İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlamışlar. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 mln. manat (57%) artmışdır. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 günlük depozit daimi imkan alətləri üzrə kvota 27 fevral 2023-cü il tarixindən artırılmışdır. Eyni zamanda Mərkəzi Bank tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılmışdır. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.
Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaqdır. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcəkdir. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaqdır.
Bu qərar 30 mart 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il may ayının 3-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
1 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 8 saat əvvəl
-
8 saat əvvəl
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
- 8 saat əvvəl
-
1 gün əvvəl
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
1 gün əvvəl
Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib
-
1 gün əvvəl
Almaniyanın proqram təminatı nəhəngi SAP ən azı 10 min iş yerini ixtisar etməyi planlaşdırır
-
1 gün əvvəl
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
-
1 gün əvvəl
Balı birbaşa fermerlərdən almaq fürsəti – Bakıda ənənəvi yarmarka başladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldırıb -Kommersiya sirlərinin oğurlanması ittihamı
Dövlətin balıqartırma zavodu özəlləşdirildi – 10 milyon manat sərmayə, 150 yeni iş yeri
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda mənzil alanlar üçün 3 ödəniş seçimi: FAİZSİZ KREDİT, ipoteka və güzəştli kredit ®
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı


























