DSMF investisiya gəlirlərini nə üçün sərf edəcəyini açıqladı
İnvestisiya gəlirlərindən əldə olunan vəsait sosial müdafiə, habelə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması işlərinə yönəldiləcək.Prezident İlham Əliyev tərəfindən bu gün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman imzalanıb.
Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumatda bildirilir ki, yeni qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sərbəst vəsaitlərini investisiyaya yönəldilməsi imkanına malik olacaq. Bununla əlaqədar Qanuna sərbəst vəsait və investisiya gəliri anlayışları da əlavə olunub. Sərbəst vəsait dedikdə, DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri dedikdə isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.
Qaydada sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri qeyd olunur. Bu şərtlərə görə, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmindən çox olmamalıdır. Həmçinin banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.
Sərbəst vəsait isə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda və Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur.
Qaydaya əsasən, Fondun investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:
- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;
- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;
- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.
İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
10 d. əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 12 d. əvvəl
- 22 d. əvvəl
-
23 d. əvvəl
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
- 25 d. əvvəl
-
42 d. əvvəl
Problemli kredit bazarında fəaliyyət göstərən şirkət kapitalını 51 dəfə artırır
- 47 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Ən çox oxunanlar
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Quş əti üzrə təminat güclənib: 81,9%
“Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!” ®
Ət və ət məhsulları üzrə özünütəminetmə 83,3% olub – 6 illik mənzərə























