Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 23 % artıb
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2022-ci ildə məcmu gəlirləri 895 milyon 374 min manat təşkil edib.
Bu, 2021-ci ilə nisbətən 5 % çoxdur.
Ötən il sığortaçıların məcmu xərcləri isə 2,4 % artaraq 791 milyon 41 min manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.
2022-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 103 milyon 964 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 30 % çoxdur. 8 şirkətdə maliyyə mənfəəti artıb, 4 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, 2 şirkətdə azalıb, 2021-ci ildə maliyyə mənfəəti əldə etmiş 4 şirkət 2022-ci ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 1 şirkəti isə ötən il maliyyə mənfəəti əldə edib.
2022-ci ildə sığorta şirkətləri 29 milyon 592 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2021-ci ilə nisbətən 51,8 % çoxdur. 20 şirkətdən 8-i vergi ödənişlərini artırıb, 6-sı vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 5 şirkətdən 4-ü ötən il də vergi ödəməyib, 1-i isə vergi ödəyib. 1 şirkət isə əvvəlki il vergi ödədiyi halda, ötən il vergi ödəmələrinə qənaət edib.
2022-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 74 milyon 372 min manat olub. Bu da 2021-ci illə müqayisədə 23,1 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb, maliyyə zərərini azaltmış 2 şirkət həm də xalis zərəri azaldıb. 2021-ci ili mənfəətlə başa vurmuş 4 şirkəti 2022-ci ili zərərlə, əvvəlki ildən zərərlə çıxmış 1 şirkət isə ötən ildən mənfəətlə çıxıb.
Azərbaycan sığortaçılarının məcmu aktivləri 19 % artıb
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 455 milyon 811 min manat təşkil edib.
Bu, ötən il yanvarın 1-nə nisbətən 18,8 % çoxdur.
2022-ci ildə sığortaçılardan 14-ü aktivlərini artırıb, 6-sı azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 34,2 % artaraq 650 milyon 117 min manat, məcmu qısamüddətli aktivləri isə 8,7 % artaraq 805 milyon 695 min manat olub. 14 şirkət uzunmüddətli aktivlərini, yenə də 14 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 28,8 % artaraq 1 milyard 27 milyon 851 min manat təşkil edib. Sığortaçılardan 13-də öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 23,6 % artaraq 920 milyon 168 min manat, məcmu qısamüddətli öhdəlikləri isə 2 dəfə artaraq 107 milyon 684 min manat olub. 13 şirkət uzunmüddətli öhdəliklərini, 12 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 0,1 % artaraq 427 milyon 960 min manata, məcmu nizamnamə kapitalı isə 0,8 % artaraq 333 milyon 90 min manata çatıb. Bazar iştirakçılarından 13-ü balans kapitalını artırıb, 6-sı azaldıb, 1 şirkətin – “Azərsığorta”nın isə balans kapitalı mənfiyə düşüb (kapital çatışmazlığı ilə üzləşib). 2 şirkət – “Günay Sığorta” və Naxçıvan Sığorta” isə nizamnamə kapitalını artırıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






















.jpg)

