UNEC ilə ARPA arasında əməkdaşlığa dair memorandum imzalanıb
UNEC ilə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
UNEC-in yaydığı məlumatda bildirilir ki, imzalanmadan öncə UNEC rektoru professor Ədalət Muradov və ARPA İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova arasında mümkün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Sığorta, bank, mühasibatlıq sahəsinə və sertifikasiya imtahanlarına marağın artırılması, bu sahədə təbliğat işlərinin təşkili, eləcə də tələbələrin peşəkar mütəxəssis kimi yetişmələri üçün qarşılıqlı əməkdaşlığın təmin olunmasının vacibliyi vurğulanıb. Həmçinin Mühasiblərin Peşəkar Sertifikasiyasının keçirilməsi istiqamətində ACCA akkreditasiyasına malik olan UNEC ilə "Peşəkar mühasib təşkilatı" kimi akkreditasiyadan keçmiş ARPA-nın birgə əməkdaşlığının əsas hədəflərdən olduğu qeyd edilib.
Sonra tərəflər arasında memorandum imzalanıb. Memorandumda ARPA əməkdaşlarının UNEC-in təklif etdiyi ixtisasartırma, sertifikat və mini ixtisas proqramlarına cəlb olunması, ARPA-nın təcrübə proqramlarında tələbələrin iştirakı və s. nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
-
20 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Ən çox oxunanlar
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün ®

























