SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib"2025-ci il ərzində qlobal enerji bazarları geosiyasi qeyri-müəyyənliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də təbii qaza artan tələbin təsiri altında olub. SOCAR isə strateji inkişaf prioritetlərinə uyğun olaraq, ötən ildə də beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini daha da gücləndirib, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fəaliyyətini uğurla həyata keçirib".
Marja.az xəbər verir ki. bu, SOCAR-ın yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, 2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib. Əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manata çatmış, xalis mənfəəti isə təxminən 3,0 milyard manat olub. Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26% artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
Qeyd edilib ki, əməliyyat fəaliyyəti nəticəsində mənfəətdə yaranan artım, həmçinin pul vəsaitlərinin hərəkətinə təsir edib. Belə ki, əməliyyat fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkətində də 136% artım əldə olunub.
Vurğulanıb ki, SOCAR ölkənin strateji enerji şirkəti olmaqla yanaşı, dövlət büdcəsinə ən çox vergi ödəyən və ölkə üzrə ən iri işəgötürən olaraq birinci yerdə qərarlaşır. SOCAR-ın ödədiyi vergilər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir, şirkətin genişmiqyaslı investisiya və sosial layihələri isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də insan kapitalının inkişafına xidmət edir.
SOCAR tərəfindən 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2025-ci illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1,6 milyard manat həcmində vəsait yatırılıb.
Qeyd edilib ki, SOCAR-ın 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən dəyişilməmiş (təmiz) rəyi verilib.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
19 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
31 d. əvvəl
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 6 saat əvvəl
-
6 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 6 saat əvvəl
-
6 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
Ən çox oxunanlar
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq























