2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı
2027-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,4 milyard manat ayrılacaq. Dövlətin investisiya xərclərinin 64 faizi azad edilmiş ərazilərə yönəldiləcək2027-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2027-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün ümumilikdə 5,3 milyard manat proqnozlaşdırılır.
Bu vəsaitin 3,4 milyard manatı işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsinə, şəhər və kəndlərin yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına yönəldiləcək.
Vəsait hesabına elektrik enerjisi, təbii qaz, su, rabitə və yol infrastrukturlarının qurulması, təhsil, səhiyyə, mədəniyyət və mənzil-kommunal obyektlərinin tikintisi, həmçinin tarixi-mədəni abidələrin bərpası və yaşayış evlərinin inşası nəzərdə tutulur.
Dövlət əsaslı vəsait qoyuluşunun qalan 1,9 milyard manatı isə digər investisiya layihələrinin maliyyələşdirilməsinə sərf ediləcək.
Beləliklə, azad edilmiş ərazilərin bərpasına ayrılan 3,4 milyard manat dövlət büdcəsində nəzərdə tutulan əsaslı investisiya xərclərinin təxminən 64,2 faizinə bərabərdir.
Ümumilikdə, 2027-ci il dövlət büdcəsinin bütün xərc bölmələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlərin maliyyələşdirilməsinə 3 milyard 422 milyon manat ayrılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
3 d. əvvəl
Dövlət büdcəsində xüsusi müdafiə layihələrinə ayrılacaq böyük məbləğ açıqlandı
-
5 d. əvvəl
2027-ci ildə də Qarabağa milyardlarla manat ayrılacaq – Məbləğ açıqlandı
- 9 d. əvvəl
-
10 d. əvvəl
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
-
18 d. əvvəl
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
-
21 d. əvvəl
2031-ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
- 25 d. əvvəl
-
33 d. əvvəl
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
Ən çox oxunanlar
2031-ci ilə kimi neftin büdcə qiyməti 65 dollar proqnozlaşdırılır
“Ferrari”nin ilk elektrik avtomobili satışa çıxmamış tükəndi – 2027-ci il üçün bütün avtomobillər sifariş edilib
Zərər mənfəətlə əvəzlənib, aktivlər 136 milyon manatı keçdi
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir ®



























