Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək

Azərbaycanda teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2027-ci ildə teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq – Mədəniyyət sahəsinə milyonlarla manat yönəldiləcək

2027-ci ildə Azərbaycanda teatr və konsert müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 51,6 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması, teatr və kino sahələrinin inkişafı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 13,3 milyon manat ayrılması proqnozlaşdırılır.

Bununla yanaşı, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirlərinin təşkili üçün 26,8 milyon manat vəsait nəzərdə tutulub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsinə 3,4 milyon manat, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılmasına isə 3,1 milyon manat ayrılması planlaşdırılır.

Həmçinin incəsənət xadimlərinə dövlət qayğısının artırılması və səhnə sənətinin inkişafının təşviqi məqsədilə 150 nəfərə Prezident mükafatlarının verilməsi üçün 900 min manat vəsait proqnozlaşdırılıb.

Beləliklə, sadalanan istiqamətlər üzrə 2027-ci ilin dövlət büdcəsi layihəsində ümumilikdə 99,1 milyon manat vəsait nəzərdə tutulur. Bunun 52,1 faizi teatr və konsert müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsinin payına düşür.

2027 dövlət büdcəsi teatr və konsert müəssisələri Mədəniyyət Nazirliyi mədəniyyət xərcləri kino sahəsinin inkişafı Azərbaycan Kino Agentliyi Dövlət Film Fondu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident mükafatları mədəniyyət tədbirlərinin maliyyələşdirilməsi.
04.11.2026 11:50
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19