Evlərinizi ROKOL-un müsbət enerjisi ilə zənginləşdirin
Yaşadığın, oturduğun məkanın rahatlığı, müsbət enerjisi həm də onun quruluşundan, döşənməsindən, məkandakı rənglərin ahəngindən asılıdır. Fen şuy fəlsəfəsinə görə, hər rəngin işığı insana bir başqa enerji verir. Məsələn, mavi rəng rahatlıq verici, hüzurverici bir mühit yaradır. Tünd mavi ağıl və su rəngidir. Qara isə insanın gücünü simvolizə edir, qorunma enerjisi verir. Yaşıl təbiətin, sağlamlığın rəngidir. Dinclik və daxili tarazlığı təmin edir. Bənövşəyi rəng isə ruhi fərqlilik, zehni və fiziki şəfa enerjisi mənbəyidir. Fen şuy filosofları narıncı rəngin yaradıcı gücü artırdığınI, konsentrasiyanı gücləndirdiyini, qırmızı rəngin isə sevgi və sevinc mənbəyi olduğunu bildirilər.
Bəs, bu müsbət enerjiləri evə necə cəlb etməli? Bunun çox sadə bir yolu var: mənzillərinizi yeni nəsil ROKOL boyaları ilə boyayın.
“Mətanət A” Şirkəti yeni nəsil boyaların - ROKOL boyalarının istehsalına 2011-ci ildə start verib. ROKOL boyaları sintetik əsaslı boyalar, emulsiya boyaları, sellülozik boyalar və izolyasiya boyaları olmaqla 4 əsas istiqamətdə istehsal olunur.
ROKOL boyalarının analoji məhsullardan bir çox üstünlükləri var. Məsələn, tətbiq zamanı səthə mükəmməl yapışır, qısa zamanda çatlama və qopma təhlükəsi yoxdur. Uzunömürlüdür. Ondan hər cür səthin boyanmasında, bütün növ metal, taxta, suvaq, və beton səthlərdə istifadə edə bilərsiniz. Yağışa və nəmə, yüksək temperatura, korroziyaya davamlıdır. Eyni zamanda rəngi solmur və nəticədə təmir olunmuş məkan öz rəng ahəngini daha uzun müddət ərzində qorumuş olur.
İnşaat materiallarının istehsalı üzrə ölkəmizin və regionun aparıcı şirkətlərindən biri olan “Mətanət A” şirkəti istehlakçıların böyük rəğbətini qazanmış ROKOL boyaları ilə ənənəvi və yeni rəng tonlarının istehsalı ilə müştərilərə daha geniş seçim imkanı verir. ROKOL boyaları 2012-ci ilin yekunlarına görə, “İlin uğurla inkişaf edən boya brendi” nominasiyasında Uğur Milli Mükafatına layiq görülüb. Sizin bu boyaların içərisindən istədiyiniz rəng tonunu seçmək imkanınız var. Bu gün ROKOL boyalarının alıcıya təklif etdiyi rəng tonları mindən artıqdır. ROKOL boyaları ilə yaşadığınız və çalışdığınız məkanı rəngləndirin, o zaman həyatınız da rəngarəng olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
39 d. sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
13 d. əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və avtomobil satışı proqnozlarını azaldıb
-
15 d. əvvəl
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
-
21 d. əvvəl
“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
- 30 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti düşüb
“Toyota”nın mənfəətində gözlənilməz artım – Səhmləri 15% BAHALAŞDI



























