İsmayıllının alma və qoz bağlarında xəstəlik aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən İsmayıllı rayonu ərazisində müxtəlif zərərvericilərə və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qurumun mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, Dövlət Xidmətinin İsmayıllı Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən İsmayıllı rayonunun Yeniyol və Diyallı kəndləri ərazisindəki 10 hektar müxtəlif meyvə və 6 hektar qoz bağlarında fitosanitar müşahidə həyata keçirilib.
Müşahidə zamanı 5 hektar alma bağında dəmgil xəstəliyinin əlamətləri aşkar olunub. Xəstəliyin iqtisadi ziyanvurma həddi yüksək olmasa da, sahibkara proflaktiki tədbir kimi kimyəvi mübarizə işləri aparılması tövsiyə edilib. Bildirilib ki, dəmgil xəstəliyi ciddi ziyan vuran və geniş yayılan göbələk xəstəliyidir və alma və armud ağaclarının yarpağını, birillik zoğlarını, çiçəklərini və meyvələrini sirayətləndirir. Sirayətlənmənin qarşısını vaxtında almaq üçün mübarizə tədbiri aparmaq məqsədi ilə qış dövründə yarpaqlar yandırılmalı, gövdə ətrafı bellənməli, 3%-li nitofen, 3-4%-li Bordo mayesi ilə çiləmə aparılmalıdır. Vegetasiya dövründə 1%-li Bordo mayesi, 0,4%-li sineb, mis-xlor oksidi və skor preparatlarından biri ilə 10-12 gündən bir çilənmə aparılmalıdır.
Eyni zamanda, intensiv üsulla salınmış 6 hektar cavan qoz bağında aparılan fitosanitar müşahidələr zamanı antroknoz xəstəliyi müəyyən edilib. Mütəxəssislər tərəfindən sahibkara profilaktiki tədbir kimi aqrotexniki tədbirlərə düzgün əməl edilməsi və kimyəvi mübarizə aparılması ilə bağlı müvafiq tövsiyələr verilib. Mülkiyyətçi tərəfindən Dikotan preparatı vasitəsi ilə mübarizə aparılıb. Digər meyvə bağlarında isə ciddi xəstəlik və zərərvericilərə rast gəlinməyib.
Daha sonra 22 hektar tərəvəz-bostan sahəsində fitosanitar müşahidələr aparılıb və 2 hektar kələm sahəsində kələm sovkası, 1,5 hektar pomidor sahəsində yarpaq qıvrılması,0,5 hektar xiyar sahəsində unlu şeh xəstəliyi müəyyən edilib. Mülkiyyətçilərə kələm sovkasına qarşı supermetrin tərkibli preparatlardan biri ilə, digər xəstəliklərə qarşı isə həm müalicəvi, həm də profilaktiki tədbir kimi 10 -12 gündən bir Topaz, Bordo, Ridomil və digər preparatlardan biri ilə mübarizə aparılması tövsiyə edilib. Həmçinin kimyəvi preparatlardan və aqrokimyəvi maddələrdən istifadə zamanı tətbiq olunan doza və texniki təhlükəsizlik tədbirləri barədə təlimatlar təqdim olunub.
Hazırda İsmayıllı rayonu ərazisində karantin zərərvericilərinə və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, payızlıq taxıl toxumlarının seçilməsində çətinlik çəkən fermerlərlə də mütamadi görüşlər keçirilir, onlara taxılın keyfiyyəti, alaq otları və xəstəliklərə yoluxmasına qarşı aparılan mübarizə tədbirləri barədə məlumatlar verilir və əməli köməkliklər göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
10 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək































