Azərbaycanlı ticarətçilər Türkiyəyə axışır
Ucuzlaşan Lirə Türkiyədən mal gətirənlərin işinə yarayıb.
“Elə bil hamıyaküy düşüb, kimə baxırsan Türkiyəyə getməkdən danışır. Qonşu mağazadakı satıcı Sədərəkdən Çin malı alıb satırdı, Türkiyənin yolunu da bilmirdi. İndi Türkiyəyə getməyə hazırlaşır. Biri yeni nəysə gətirməyə peşimandır, hamı ona baxıb eynisini gətirir”
Ötən həftə Türkiyənin milli valyutasının kəskin dəyər itirməsi prosesi daha da sürətlənib. Həftənin sonuncu iş günü türk lirəsi dollar qarşısında dəyərini 17 faizə yaxın itrib və ötən cümə günü birjalarda hərraclar yekunlaşanda 1 dollar 6,41 lirəyə, avro isə 7 lirəyə yüksəlmişdi. Lirənin ucuzlaşması əlbətdə ki, Türkiyədə istehsal olunan malların dollarla müqayisədə kəskin ucuzlaşması deməkdir. Çünki Türkiyə istehsalçıları bahalaşan dollar qarşısında hələlik mallarını kəskin bahalaşdırmırlar. Və bu vəziyyət Azərbaycanda da Türkiyədən mal gətirib Azərbaycanda satanların işinə yarayıb.
Bakı “talkuçkalarında”, ticarət mərkəzlərində hazırda mövsümsonu endirimlər başlayıb. Amma satıcıların əksəriyyəti gözləmə mövqeyindədir, lirənin dəyərdən düşməsi ilə Türkiyədə malların bahalaşmasından ehtiyat edirlər. Və türk mallarının qiymətini aşağı salmağa tələsmirlər.
Türkiyədə bahalaşmanı gözləyənlər…
“Laçın” ticarət mərkəzinin satıcısı Rafiq Nağıyev deyir ki, ötən həftənin cərşənbə günü Türkiyədən yeni qadın geyimləri gətirib, lakin həmin malları avqustun sonundan satışa çıxarmağı düşünür. Çünki Türkiyədəki iş ortağı yaxın günlərdə orada da bahalaşmanın ola biləcəyini xəbər verib. Amma bununla belə ticarətçi deyir ki, yeni gətirilən malların qiymətində fərq olacaq.
“Ucuzlaşma bizə də sərf edir, alıcı artır. Bu yay o qədər də alver olmadı”, -Rafiq söyləyib.
Kredit götürüb Türkiyəyə alış-verişə gedirlər
Yarmarkada Nabat adlı ticarətçi isə bildirib ki, mövsümü malları dəyər-dəyməzinə satıb payız geyimləri üçün yaxın günlərdə Türkiyəyə gedəcək.
“Axırıncı dəfə apredə yay mövsümü üçün geyimlər gətirmişdim. İndi payız geyimləri almalıyam, ona görə də mayasına satıram”, - Nabat deyir. Əlavə edir ki, Türkiyədəki şəraitdən maksimum yararlanmaq üçün çoxları hətta bankdan kredit götürərək qonşu ölkəyə gedib. İndi ticarət mərkəzindəki mağaza sahiblərinin az qala yarısı Türkiyə bazarlarındadır, mal dalınca gediblər. Əlbətdə, belə vəziyyət tez-tez ələ düşməz və azərbaycanlı tacirlər asan yolla daha çox qazanmaq üçün yaranmış fürsəti əldən buraxmaq istəmirlər.
Lakin “Laçın” Ticarət Mərkəzinin söhbətə qoşulan başqa satıcısı deyir ki, Türkiyədə lirənin kəskin dəyərdən düşməsinin Bakı bazarlarında türk mallarının qiymətlərə təsirini gözləmək sadəlölükdür, çünki yol xərci, daşınması, nəhayətdə “yer pulu” maya dəyərinə təsir edir. “Uzaqbaşı bir neçə mağaza sahibi bu vəziyyətdən qazanc götürəcək”-o deyir.
Türkiyədən gətirilən tekstil ucuzlaşmayacaq, çünki…
Yarmarkada Türkiyə istehsallı tekstil mallarının qiymətində nəzərəçarpacaq endirimlər yoxdur. Satıcıların sözlərinə görə, artıq neçə ildir Türkiyədən tekstil malları gətirilməsi çətinləşib. Buna görə də lirə ucuzlaşsa belə ciddi endirim gözləmək lazım deyil. Məsələn, Türkiyənin tanınmış firmalarına məxsus əl dəsmallarının qiyməti ölçüsünə görə 15-30 manata satılırdısa, uzaqbaşı 1-2 manat endirim ola bilər. Digər mağazada isə bildiriblər ki, Türkiyə istehsallı tekstilin keyfiyyətinə görə Çin, Pakistan və ya Rusiya mallarından fərqlənir, buna görə də alıcıları var. Lirə ucuzlaşsa da, tekstil malları ucuzlaşmayacaq.
Bazarda hamı lirədən danışır
“Laçın”ın böyründəki “Xalqlar Dostluğu” yarmarkasında da əksər mağazalarda endirim elanları asılıb. lakin bu lirənin ucuzlaşması ilə bağlı deyil, mövsümlə əlaqəlidir. Yarmarkada Türkiyə və Çindən gətirilən geyimlərə mövsümsonu endirimlər edilir. Satıcı Xuraman İslamova deyir ki, bu günlərdə bazarda çoxlarının əsas müzakirə mövzusu Türkiyədəki ucuzluqdur.
“Elə bil hamıyaküy düşüb, kimə baxırsan Türkiyəyə getməkdən danışır. Qonşu mağazadakı satıcı Sədərəkdən Çin malı alıb satırdı, Türkiyənin yolunu da bilmirdi. İndi Türkiyəyə getməyə hazırlaşır. Biri yeni nəysə gətirməyə peşimandır, hamı ona baxıb eynisini gətirir”,- Xuraman gileylənir.
Türkiyədən uşaq geyimləri, ayaqqabıları gətirən Amil adlı mağaza sahibi isə deyir ki, qardaş ölkənin çarəsiz vəziyyətini izləmək xoş deyil, amma ucuzluq hamıya sərf edir. “Bizdə inflatsiya olan kimi dərhal köhnə mallar da bahalaşdırıldı. Amma Türkiyədə əksinə qiymət artmayıb. Mən keçən həftə “Eminönü”dəki bazardan mallar gətirdim. Hamı pul qazanmaq istəyir, amma vəziyyətdən bizim kimi istifadə edənlər çox deyil”, -satıcı əlavə edir.
Yaxın bir neçə gündə Türkiyədən idxal olunan geyim və ərzaq məhsullarında ucuzlaşma proqnozlaşdıran satıcılardan biri isə deyir ki, təki ucuzluq olsun, lirənin üzü aşağı yuvarlanmasının dərdini çəkənlər yəqin tapılacaq…
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Virtual.az
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 25 d. əvvəl
-
8 saat əvvəl
“Bakı Marafonu 2026” Azercell-in eksklüziv tərəfdaşlığı ilə baş tututb
- 8 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
-
16 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
16 saat əvvəl
“İran razılaşmasa, daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Neft və təbii qaz ucuzlaşıb, qızılı bahalaşıb
"Yaşıl Cümə"də səni nə fürsətlər qarşılayacaq bilirsən?
Qubanın 3 kəndinin adı dəyişdirilir
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
Ən çox oxunanlar
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq






.jpg)







.jpg)








