AZAL-da müşavirə - "RƏSMƏN BƏYAN EDİRƏM Kİ,..."
Sentyabrın 13-də Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilmişdir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.
AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd etmişdir ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırmışdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğrultmuşdur və Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
Öz növbəsində, “Buta Airways” (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirmişdir ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olmuşdur. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açmışdır. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək.
“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulamışdır ki, AZAL, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilmişdir.
Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq, bu il yüksək beynəlxalq səviyyədə tanınmışdır. Cari ilin 8 ayında Bakı hava limanı 3 milyon 80 min sərnişinə xidmət göstərmişdir ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisi aeroportu 2 milyon 565 min sərnişinə xidmət göstərmişdir, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1 milyon 873 min nəfər təşkil etmişdir.
YÜK AVİADAŞIYICISI ÜÇÜN DANIŞIQLAR APARILIR
Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin böyük bir yük habıdır. Böyük İpək Yolunun bir hissəsi kimi o, Asiya, Avropa və digər qitələr arasında yük daşımalarında tranzit məntəqəsidir. Hazırda “Silk Way West Airlines” yük aviadaşıyıcısının təyyarə parkının genişləndirilməsi, xüsusilə donanmaya yeni “Boeing 777-F” təyyarələrinin əlavə olunması üzrə danışıqlar aparılır.
YENİ TƏYYARƏLƏRİN ÖYRƏNİLMƏSİ ÜÇÜN TAPŞIRIQ
Cahangir Əsgərov AZAL-ın bütün struktur bölmələrinin göstəricilərinin müntəzəm monitorinqinin aparılmasına, şərəfli və məsuliyyətli vəzifə olan yeni tipli “Boeing 737 MAX” и “Boeing 777-F” təyyarələrini öyrənməsi üçün uçuş heyətinin hazırlığına tapşırıq vermişdir. Təbii ki, bütün bu vəzifələr uçuşların yüksək təhlükəsizlik səviyyəsinə uyğun olmalıdır.
"QAPILARIMIZ BÜTÜN AVİAŞİRKƏTLƏRƏ AÇIQDIR"
“Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər bir istəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", deyə AZAL prezidenti bildirmişdir.
Cahangir Əsgərov qeyd etmişdir ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olmalıdır: “Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik”.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
20 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
23 d. əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 25 d. əvvəl
-
27 d. əvvəl
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
-
29 d. əvvəl
Diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
-
33 d. əvvəl
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
-
39 d. əvvəl
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
-
40 d. əvvəl
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
-
41 d. əvvəl
Vergi ödəyiciləri tərəfindən bəyannamələr yalnız elektron qaydada təqdim edilə biləcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Ən çox oxunanlar
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə



























