Dərmların ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
Nazirlər Kabinetində dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məsələləri ilə bağlı iclas keçirilib.
"Marja" xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.
İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər.
“Ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir”, - deyən Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.
Əli Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib.
“Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir. Eyni zamanda, dərmanların keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən gücləndirilməlidir. Lazım gəlsə, normativ hüquqi aktlarda dəyişiklik edilə bilər. Əminəm ki, bu təkliflərin əsasında qanunvericilikdə edilən dəyişikliklər vətəndaşlarımızın həm rahatlığına, həm də sağlamlıqlarının qorunmasına xidmət edəcək”, - deyə Əli Əhmədov vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, səhiyyə naziri Oqtay Şirəliyev və digər aidiyyəti qurumların rəhbərləri bu sahədə dünya təcrübəsindən yararlanaraq tez bir zamanda yeni təkliflərlə çıxış edəcəklərini bildiriblər.
İclasda dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının qısa vaxt ərzində əsaslı şəkildə sadələşdirilməsi barədə tapşırıq verilib.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
45 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
49 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 51 d. əvvəl
-
52 d. əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
1 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir




























