“Tamam” şirkətinin inşa etdiyi binanın sakinləri çıxılmaz vəziyyətdədir
1000 çox vətəndaş əziyyət çəkir.
“Tamam” şirkəti tərəfindən inşa edilmiş 18 mərtəbəli yaşayış kompleksinin sakinləri çıxılmaz vəziyyətdədir.
Sakinlər “Marja”ya müraciətlərində bildirirlər ki, 2009-cu ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Şəfəyət Mehtiyev küçəsi 1054 ünvanında, “Tamam” şirkəti tərəfindən inşa edilmiş 18 mərtəbəli yaşayış kompleksində yaşayış mövcuddur. Hazırda yaşayış komleksində 320 mənzildən təxminən 300 də yaşayış vardır. Bu dövr ərzində mərhələli formada su, işıq, telefon və qaz xidmətləri müvafiq olaraq kodlaşdırılaraq vətəndaşların istifadəsinə verilibdir.
Lakin 9-cu ildir ki, mənzillərin Dövlət reyestrinə salınaraq özəlləşdirilməsi prosesi aparılmır. Bu isə öz növbəsində artıq ikinci Prezident seçkisi, referendumlar, qeydiyyata alınma, tibbi uçot, ərazi təhsil ocaqlarına qəbul və s. bu qəbldən olan məsələlərdə əsaslı əngəllər törədir. Yaşayış kompleksində müxtəlif təbəqədən insanlar yaşayır. Yaşayanlar arasında alimlər, müəllimlər, həkimlər, hüquq muhafizə orqanları əməkdaşları, mühəndislər, hərbiçilər, sahibkarlar, tələbələr və təqaüddçülər var. Dəfələrlə “Tamam” şirkətinin rəhbərliyinə müraciət etməyimizə baxmayaraq bu məsələ öz həllini tapmır. Problem qalmaqla yanaşı bu məsələyə şəffaf olaraq əsaslı aydınlıq gətirən də yoxdur!
Müxtəlif fikirlər irəli sürülür. Bunlar arasında Bakı Şəhər İcra Hakimiyyəti qarşısında Mənzil Fondu öhtəliyinin yerinə yetirilməməsi səbəbi xüsusi vurğulanır. Hər bir halda problemin açıq aşkar həll olunmamasından sayı 1000 (mindən) çox vətəndaş əməlli başlı əziyyət çəkir.
Sakinlər bildirir ki, yaranmış problemlə bağlı AR Prezidentinə, 1-ci Vitse-Prezident Mehriban xanıma və Bakı Şəhər İcra Hakimiyyətinə 15 aprel 2018-ci il tarixdə müraciət etmişdik. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparat rəhbərinin 02.05.2018-ci il tarixli 1-304/2-091/2 saylı cavab məktubunda bildirmişdilər ki, Şəfayət Mehtiyev 1054 ünvanında inşa edilmiş 18-mərtəbəli yaşayış kompleksində mövcud sözügedən problemin həlli yalnız yaşayış kompleksinin sifarişçisinin (sahibkarının) vəzifə və öhdəliklərinə aiddir və bu prosedur AR-nın mövcud Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir. Bununla yanaşı bu məsələ ilə bağlı tikinti sifarışçisinə (sahibkara) müraciət etməyi, əks təqdirdə isə qarşımızda müqavilə öhdəliklərini yerinə yetirilməməsi üçün tikinti sifarışçisinə (sahibkara) qarşı qanunvericiliyin tələblərinə uyğün məhkəmə iddiasının qaldırılması tövsiyə olunmuşdur.
Qeyd olunanlardan müəyyən olunur ki, tikinti sifarışçısi (sahibkar) öhdəliklərini tək Ş.Mehtiyev küç. 1054 ünvanında inşa edilmiş 18-mərtəbəli yaşayış kompleksinin sakinləri qarşısında yox, eyni zamanda BŞİH-ti qarşısında da yerinə yetirməmişdir. Bununla yanaşı hazırki vəziyyətdə tikinti (sifarışçisi) sahibkar öhdəliklərin yerinə yetirilməsi iqtidarında olmamasını açıq aydın ifadə edir. Eyni zamanda xüsusi qeyd etmək istərdik ki, öhdəliklərin yerinə yetirilməməsinin tikinti normativlərinə, tikinti tamamlama işlərinə və yaxud hər hansısa bir texniki-təhlükəsizilik qaydalarının təmin olunmamasına aidiyyəti yoxdur. Problem yalnız BŞİH qarşısında Mənzil Fondu öhdəliklərinin yerinə yetirilməməsindən irəli gəlir.
Yaranmış problemin “qapanmış dairə” prinsipi ilə uzadılması yuxarıda sadalanan sosial və həyat problemlərini getdikcə genişləndirir. Bununla yanaşı mənzillərin təkrar alqı-satqısı zamanı vergi ödəyicisi kimi, icbari sığorta, bank və bələdiyyə kimi hüquqi şəxslərlə münasibətləri və s. hərəkətləri iflic vəziyyətində saxlayır.
Qeyd edək ki, sakinlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevə, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Eldar Əzizova, Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət hazırlayıblar. Sakinlər illər boyu uzanan bu problemin aradan qaldırılması üçün məsələni nəzarətə götürülməsini xahiş edirlər.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
14 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
4 saat əvvəl
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 10 saat əvvəl
-
10 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
Ən çox oxunanlar
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq























