Yüksək rüsum ilə yerli kartof satışında nə dəyişdi?
“İstehsalçı əlindəki məhsulu bazara təklif etməklə ziyana düşməkdən sığortalandı”
Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 5-dən oktyabrın 31-nədək müddətdə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15%-dən 30%-ə çatdırıldı. Məhdudiyyət oktyabrın 31-də qüvvədən düşdü.
Bəs qərarın qüvvədə olduğu müddətdə yerli kartof satışında nə dəyişdi?
Məsələ ilə bağlı danışan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Nəsirli bildirib ki, məhdudiyyət bir neçə məqsəd daşıyırdı:
“İlkin olaraq, məhsuldarlıq və əkin sahələrinin ötən illə müqayisədə artması ilə əlaqədar kartofun satış problemi həll olunmalı idi. Məqaəd həm də kartofun satış qiymətini istehsalçı və istehlakçı üçün optimallaşdırmaq və kartof istehsalçılarında qiymətlərin həddən artıq aşağı düşməsi ilə əlaqədar yaranmış mənfəət itkisinin qarşısını almaq idi.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Qısamüddətli qadağa hər iki məqsədə çatmağa imkan verdi. Yerli istehsalçıların əlində qalmış böyük həcmdə məhsul öz bazarlarımızda realizə olundu. Həmçinin, əsas istehsalçı rayonlar olan Gədəbəy, Şəmkir, Tovuzda istehsal olunmuş kartofun qiymətində nisbətən yüksəlmə baş verməklə fərdi istehsalçıların mənfəət itkisi minimallaşdırıldı”.
N.Nəsirlinin sözlərinə görə, “375 saylı qərar” kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi sahəsində dövlət üçün səmərəli intervensiya aləti rolunu oynadı:
“Belə ki, Azərbaycanın əsas idxal kartof bazarını formalaşdıran İran və Rusiyada milli valyutanın zəifləməsi fonunda bu ölkələrdən böyük həcmdə məhsul ölkəmizə daxil olaraq yerli istehsala ciddi mənfi zərbə vura bilərdi. Azərbaycana hər il İrandan 50 min tondan çox, Rusiyadan isə 43 min tondan çox kartof gətirilir. Dövlət çevik addım ataraq, ölkəyə idxal edilən kartofun tarif dərəcəsini 30 faizə qaldırdı, yerli bazar qorundu, istehsalçı əlindəki məhsulu bazara təklif etməklə ziyana düşməkdən sığortalandı. Statistik təhlil göstərir ki, əkin sahələrində “ikinci çörəy”in məhsuldarlığı artaraq, hektardan 15 tona, istehsal həcmi isə 914 min tona çatıb. Əhalinin illik təlabatı isə adambaşına düşən kartof istehlakı üzrə 74,29 kq nəzərə alınmaqla, 2018-ci il üçün cəmi kartof istehlakının 743 min ton olacağı proqnozlaşdırılırdı. Təlabatdan artıq qalan 171 min tonluq həcmin milli valyutaların ucuzlaşdığı bir fonda ixracı real görünmürdü. Ona görə alternativ çıxış yolu intervensiya alətini hərəkətə gətirmək idi. Lakin bütün bunlar idxal üzrə rəqəmləri təkzib edə bilməz”.
Şöbə müdirinin sözlərinə görə, havaların soyuduğu noyabrdan başlayaraq, kartofa təlabat sürətlə artmağa başlayır:
“Bu tendensiya aprelə qədər davam edəcək. Azərbaycana payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilir, bu, ölkə təlabatının 16 faizini təşkil edir. Azərbaycan öz kartof təminatını 7 xarici ölkə hesabına həyata keçirir:
1. İran: son illər idxalda çəkisi artmaqdadır, bunun səbəbi coğrafi yaxınlıq və məhsulun ucuz başa gəlməsidir. (0.30-0.33 qəp). Azərbaycan hər il 50 min tondan artıq kartofu bu ölkədən alır və buna 9 milyon dollardan artıq pul xərcləyir.
2. Rusiya: kartof təminatında Azərbaycan üçün ikinci mühüm ölkədir. Ötən il 43 min tondan artıq məhsul almışıq.
3. Gürcüstandan ildə 40 min tondan artıq kartof alırıq.
4. Türkiyə: idxalımızda 16 min tonluq həcmlə 4-cü yerdə dayanır. Azərbaycan ötən il qardaş ölkədən aldığı “ikinci çörək” üçün 4 milyon dollardan artıq vəsait ödəyib.
5. Belarus: ildə bu ölkədən 6 min ton kartof alırıq.
6. Pakistan: Azərbaycanın kartof təminatında mühüm ölkələrdəndir, il ərzində bu uzaq ölkədən 3 min tona qədər kartof alırıq.
7. Ukrayna: ildə 2,5 min ton alırıq.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
9 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
10 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















