“Vətəndaşlar 7 gün, 24 saat xidmət ala biləcəklər” - MÜSAHİBƏ
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərovun müsahibəsi.
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin yaranma məqsədi nədir?
- Mərkəz ölkədə elektron hökumət sahəsində siyasətin icrasını həyata keçirir. Mərkəzin binasında vətəndaşa birbaşa xidmət olmayacaq, vətəndaşlar xidməti e-gov.az portalı vasitəsilə alacaqlar. Mərkəz fasiləsiz fəaliyyət göstərəcək, vətəndaşlar elektron portaldan həftənin 7 günü, 24 saat xidmətlərini ala biləcək.
- Mərkəzdə nələr olacaq, hansı işlər görüləcək?
- Bina zirzəmi qatı ilə birlikdə beş mərtəbədən ibarətdir. Orda ekosistem yaradılıb, yəni binada həm ideya sahibləri, həm o ideyanı inkişaf etdirənlər, investorlar, dövlət təşkilatları, biznes mühit və elmi camiyə olacaq. Bütün bu konsepsiyada irəli gələrək bina dörd ana hissədən ibarətdir. Binanın ümumi adı Elektron Hökumətin İnkişafı Mərkəzidir. Birinci mərtəbə “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi adlanır. “İnnoland” (innovasiyalar məkanı) startapların inkubasiya, akselerasiya və araşdırma mərkəzidir, eyni zamanda “Kovörkinq”dir. İnkubasiya odur ki, insanlar mərkəzə gələrək ideyalarını orada münsiflər heyətinə təqdim edəcək. Münsiflər isə ideyanı izləyərək qərar verəcək ki, uğurlu ideyaların sahibləri bu binada oturub ofis kimi infrastrukturdan istifadə etməklə işləsin. İki-üç ay ərzində seçilən ideyanın rəhbəri üçün plan cızılır, sonda nəticə münsiflər heyətinə təqdim edilir. Həmin müddətdə o öz ideyasını inkubasiya edir, yəni yetişdirir. Əgər verilən müddətin sonunda müsbət qərar verilirsə, keçir akselerasiya prosesinə, bu proses ideyanın sürətlənməsidir, yəni ideyanın artıq işlək modelə keçirilməsi hesab olunur. Bu proses də müəyyən zaman alır.
Zirzəmi qatında isə onların hazırladığı ideyanın ilkin istehsalı, prototipləri hazırlanacaq. Əgər ideya yaşasa, onun qlobal mühitə çıxışı təmin olunacaq. Sertifikatının alınması, patentə müraciət olunması və s... Zəncirin bütün halqaları bu binada öz əksini tapır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Binada İT Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək. Bu üçüncü ana hissədir. Bura isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə startapda oturan adamlara biznes, mühasibatlıq bilikləri, süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dilləri ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu həm fərdi şəxslər üçün, eyni zamanda dövlət qurumunun əməkdaşları üçün nəzərdə tutulur.
Dördüncü ana hissə isə Elektron Hökumətdir. İkinci mərtəbənin yarıdan çoxu, üç və dördüncü mərtəbə e-hökumətin əməkdaşlarına aid olacaq.
- Elektron Hökumətin əməkdaşlarının iş funksiyaları nədən ibarət olacaq?
- Elektron Hökumətdə Azərbaycanda mövcud olan bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası həyata keçiriləcək, elektron hökumət sahəsində elektron layihələr icra olunacaq. Məsələn “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN wifi”, “Elektron lisenziya”, “Elektron kənd təsərrüfatı” və digər gələcəkdə yaranacaq elektron xidmətlərin inteqrasiyasını həmin təşkilat həyata keçirəcək.
- Mərkəz üçün işçi heyəti formalaşdırılıbmı?
- “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs mart ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin inzibati binasında fəaliyyət göstərir. Hazırda 200-dən çox işçimiz var. Gələcəkdə vakansiyalarımız olsa Elektron Hökumətin İnkişafı Mərkəzinin öz saytında (dijital.gov.az) elan edəcəyik. Sayt yaxınlarda xidmətinizdə olacaq. Qeyd etdiyim mərkəzin saytıdır, Elektron hökumət portalının saytı isə “e-gov.az”dır, portalın Facebook səhifəsi də var. Facebook saatlarında hər gün müxtəlif vaxtlarda məlumatlar, e-hökumətdən istifadə ilə bağlı maarifləndirici çarxlar paylaşılır.
- Bina nə vaxtdan fəaliyyətə başlayacaq?
- Əslində bina fəaliyyətdədir, hazırda köçmə işləri gedir. Bir neçə gündən sonra binada tədbirlər keçiriləcək.
- Mərkəzin fəaliyyətə başlaması vətəndaşların həyatında nə dəyişəcək?
- Hansı dövlət qurumunda ki, informasiya elektronlaşmayıb, onlar elektronlaşacaq. Dövlət qurumları arasında inteqrasiya tam təmin olunacaq, bu da imkan verəcək ki, vətəndaşlar qurumlara sənədlər təqdim etməyəcək, sadəcə FİN nömrəsini təqdim etməklə onlara aid olunan məlumatlar tapılacaq. Bir dövlət qurumuna verilən məlumatı digər dövlət qurumu tələb etməyəcək.
Sonra hər vətəndaşın e-hökumətdə “şəxsi kabineti” olacaq. Vətəndaş e-imzası ilə daxil olub özünə aid məlumatları orda görəcək. Buna “qabaqlayıcı hökumət” deyilir, yəni vətəndaş dövlətə müraciət etmədən, dövlət vətəndaşa aid məlumatları ona göndərir. Məsələn, nəqliyyat vasitəsi cərimə olunubsa, avtomatik “Şəxsi kabinet”dəki cərimələr bölməsində ona baxmaq olacaq. “Təhsil” bölməsində diplomları, “Arayış” hissəsində əmək haqqısını, əmək kitabçasının elektron versiyasını görə biləcək. Vətəndaşlar buradan öz məlumatlarını dəyişdirə biləcək. “Şəxsi kabinet” “ASAN xidmət”in elektron versiyası olacaq.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
22 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 20 saat əvvəl
-
23 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























