121 süni balıq gölünün fəaliyyəti dayandırılıb

Balıqçılığın inkişafı ölkə iqtisadiyyatına xeyli fayda verə bilər. Ancaq qanunsuz olaraq yaradılan süni balıq göllərinin xeyrindən çox ziyanı var. Bu həm iqtisadi, həm də ekoloji olaraq mənfi fəsadlar törədir.
Belə halların qarşısının alınması üçün ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin fəaliyyəti nəzarətə götürülür.
Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi tədbirlər nəticəsində respublika üzrə ümumilikdə 30 rayon üzrə 537 süni balıq gölü müəyyən edilib və onlar barəsində məlumat bankı yaradılıb. Bunların 131-i Salyan rayonunda, 83-ü Neftçalada, 32-si Biləsuvarda, 22-si Hacıqabul rayonunda, qalanı isə digər bölgələrdə aşkar edilib. Müəyyən olunub ki, süni balıq gölləri əsasən kənd təsərrüfatı təyinatlı pay torpaqlarında, dövlət və bələdiyyə mülkiyyətinə aid otlaq sahələrində, qış otlaqlarında qeyri-qanuni olaraq yaradılıb.
Aparılan monitorinq zamanı qanun pozuntusu halları olan 121 gölün fəaliyyəti dayandırılıb, torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb. Balıq gölünün 269-u barədə inzibati protokollar yazılıb, cinayət əməlinin əlamətləri aşkar olunan 25 göllə bağlı sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir:
Sahibkarlar bilməlidirlər ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir. Lakin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.
Qeyd edilməlidir ki, balıq gölünün yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Komitəyə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlara rəy verilir. Komitə tərəfindən inzibati tədbirlərlə yanaşı maarifləndirilmə işləri də aparılır. Bununla bağlı rayonlarda keçirilən görüşlər zamanı sahibkarlar ətraflı olaraq məlumatlandırılırlar.
Müştərilərin xəbərləri

Türkiyənin məşhur Mobiliz GPS sistemlərinin Azərbaycanda tək rəsmi distributeri AXİOM şirkəti rebrendinq etdi
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Səudiyyənin valyuta ehtiyatları son 13 ilin ən aşağı səviyyəsindədir
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur"
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Dubay 2050-ci ilə qədər ictimai nəqliyyatı "yaşıllaşdırmağı" hədəfləyir
-
16 saat əvvəl
Moskva birjasında hərracların açılışında dolların məzənnəsi düşüb

Səudiyyənin valyuta ehtiyatları son 13 ilin ən aşağı səviyyəsindədir

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Bakıda 33, bölgələrdə 36 dərəcə isti gözlənilir - PROQNOZ

Türkiyənin məşhur Mobiliz GPS sistemlərinin Azərbaycanda tək rəsmi distributeri AXİOM şirkəti rebrendinq etdi

Fəlakətli defolt təhlükəsini gündəmdən çıxaran razılaşma

Mənzil alan hər kəsə, Dünya Turu hədiyyə!
Ən çox oxunanlar

Süni intellektli Claas Trion kombaynı Azərbaycanda

Moskva birjasında hərracların açılışında dolların məzənnəsi düşüb

"İnflyasiyanın yaratdığı problemlərin həlli qarşıdakı günlərin ən aktual mövzusudur" - Ərdoğan

2 otaqlı mənzillər cəmi 15 800 manat ilkin ödənişlə!

Maliyyə Nazirliyi yanında Mərkəz peşəkar mühasib olmaq istəyənləri təlimə dəvət edir

"Eptal Group"u dəvət edin, binanızı, ofisinizi, evinizi mebel və avadanlıqlar ilə tam təchiz etsin!
