"Texnika və heyvanlara tətbiq olunan güzəştlər bütün şirkətlərə şamil ediləcək
!["Texnika və heyvanlara tətbiq olunan güzəştlər bütün şirkətlərə şamil ediləcək](/storage/thumbnail/cover/cdn/2018/december/20/1545294124.jpg)
““Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” imzalanmış Fərman aqrar islahatların mühüm tərkib hissəsidir”.
Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib.
Onun sözlərinə görə, ötən 14 il ərzində “Aqrolizinq” vasitəsilə ölkədə kənd təsərrüfatı texnika və damazlıq heyvan bazasının formalaşması və təkmilləşməsi fəaliyyəti həyata keçirilib. “Bu müddət ərzində
-44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb;
-35 mindən artıq damazlıq heyvan idxal olunaraq 40 faiz güzəştlə lizinqə verilib;
-795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib;
-55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib.
Hazırda isə
-istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə,
-innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə,
-kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə
ehtiyac yaranıb.
Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı “Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq.
“Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. “Aqrolizinq” hələlik digər funksiyalarını davam etdirəcək.
“Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq.
Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.
Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək”.
Vüqar Hüseynov bildirib ki, aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək.
“Fərmana əsasən, “Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək.
Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur”.
Ətraflı: Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
PAŞA Bank AMFA-nın illik təltifetmə tədbirin “Platinum” tərəfdaşı olub
-
6 saat əvvəl
"Windows"un qlobal nasazlığı Bakı aeroportunun fəaliyyətinə təsir göstərməyib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Hindistan şirkəti AÇG və BTC layihələrində “Equinor”dan pay alıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Elektrik enerjisinə qlobal tələbatın son 20 ildə ən yüksək templə artacağı gözlənilir
-
8 saat əvvəl
Dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq edilib
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![BMW-nin satışı elektromobillərin hesabına artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/bmv.jpg)
BMW-nin satışı elektromobillərin hesabına artıb
![“INMerge” İnnovasiya Sammiti nədir?](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/inmerge.jpg)
“INMerge” İnnovasiya Sammiti nədir?
![Dolların bazar ertəsinə rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2022/Fevral/10/dollar-valyuta-herrac.jpg)
Dolların bazar ertəsinə rəsmi məzənnəsi
![Hindistan şirkəti AÇG və BTC layihələrində “Equinor”dan pay alıb](/storage/thumbnail/thumbnail/cdn/2020/May/12/acg.jpg)
Hindistan şirkəti AÇG və BTC layihələrində “Equinor”dan pay alıb
![Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/binalar-turkiye.jpg)
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı azalıb
Ən çox oxunanlar
![“Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/Şəkil1.jpg)
“Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!
![Elektrik enerjisinə qlobal tələbatın son 20 ildə ən yüksək templə artacağı gözlənilir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/elektrik.jpg)
Elektrik enerjisinə qlobal tələbatın son 20 ildə ən yüksək templə artacağı gözlənilir
![Bölgələrə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/yagis.jpg)
Bölgələrə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
![Şənbə gününün hava proqnozu açıqlanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/18/hava-baki-1.jpg)
Şənbə gününün hava proqnozu açıqlanıb
![Trampın inflyasiya, vergi və qaçqınlar ilə bağlı vədləri](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/tramp.jpg)
Trampın inflyasiya, vergi və qaçqınlar ilə bağlı vədləri
!["AQTA yem və preparatları ölkəyə buraxmır, quşçuluq şirkətləri iflas ola bilər" - AÇIQLAMA](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/19/apepea.jpg)
"AQTA yem və preparatları ölkəyə buraxmır, quşçuluq şirkətləri iflas ola bilər" - AÇIQLAMA
![Qlobal bazarlarda son vəziyyət](/storage/thumbnail/thumbnail/cdn/2021/Mart/29/birja-qiymetli.jpg)
Qlobal bazarlarda son vəziyyət
![Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/1561b7d8-08ad-475a-9e73-c47aca34a829.jpeg)